“O, konkret rayon adı çəkməyib. İndidən Şuşa, Laçın və Kəlbəcərin qaytarılmayacağı düşüncəsinə qapılmaq yanlışdır”
Düşmən yumşalır...
07:01 20.09.2017
Arxiv
493
Nalbandyanın açıqlaması Ermənistana təzyiqin artmasını göstərir
“O, konkret rayon adı çəkməyib. İndidən Şuşa, Laçın və Kəlbəcərin qaytarılmayacağı düşüncəsinə qapılmaq yanlışdır”
“O, konkret rayon adı çəkməyib. İndidən Şuşa, Laçın və Kəlbəcərin qaytarılmayacağı düşüncəsinə qapılmaq yanlışdır”
Ermənistan XİN başçısı Edvard Nalbandyan ilk dəfə işğal altında olan Azərbaycan ərazilərinin qaytarılmasından danışıb. Nazir bildirib ki, Qarabağa təhlükəsizlik və inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmayan torpaqlar geri verilə bilər. Erməni nazirin açıqlaması ekspertlər tərəfindən müxtəlif aspektlərdən dəyərləndirilib.
Əksər analitiklər bildiriblər ki, sadəcə 5 rayonun qaytarılması keçmiş danışıqların predmetidir. Əgər Nalbandyan işğal altındakı bütün torpaqların qaytarılmasından danışsaydı, o zaman yenilik etmiş olardı. Nazir deyir ki, təhlükə törətməyən, yəni uzaq başı 5 rayon qaytarıla bilər. Deməli, Kəlbəcər, Şuşa və Laçın boşaldılan rayonların içərisində yoxdur. Həmçinin, 5 rayonun geri verilməsi əvəzində bizdən nə tələb olunur, o məsələ də qaranlıq qalır. Proseslərə başqa prizmadan baxan siyasi şərhçilər düşmən ölkənin ciddi təzyiqlərə məruz qaldığını iddia ediblər.
Rezonansa səbəb olan açıqlama ilə bağlı "Şərq”ə danışan millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirovun sözlərinə görə, Nalbandyanın son bəyanatı münaqişənin həlli ilə bağlı Ermənistana təzyiqlərin artdığını göstərir.
Deputat bildirib ki, nazir indiyə qədər bu cür konkret açıqlama ilə gündəmə gəlməyib:
"Məlumdur ki, işğalçı Ermənistan heç vaxt torpaqların geri qaytarılması məsələsinin üzərinə gəlmək istəməyib. Lakin indi düşmənin mövqeyi kifayət qədər yumşalıb. Məncə, bu, hər şeydən əvvəl Azərbaycanın qazandığı diplomatik uğurlar və aprel döyüşlərindən sonra meydana çıxan hərbi üstünlüyümüzlə bağlıdır. Görünür, bu proseslərdən sonra düşmən ölkəyə təzyiqlər güclənib”.
Politoloq hansı rayonların qaytarıla biləcəyi ehtimalına da münasibət bildirib:
"Nalbandyan vurğulayıb ki, Dağlıq Qarabağa təhlükə yaratmayan ərazilərin qaytarılmasından söhbət gedir. Əlbəttə, hansı rayonların verilib-verilməyəcəyini erməni nazir müəyyən etmir. Proses ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqların nəticəsinə uyğun olaraq həyata keçirilir. Əvvəllər də bu cür fikirlər səsləndirilib. Torpaqlar "2+5” formatı ilə qaytarılsın, yəni əvvəlcə iki rayon, sonra beş rayon geri verilsin. Amma burada konkret rayon adı çəkilməyib. İndidən Şuşa, Laçın və Kəlbəcərin qaytarılmayacağı düşüncəsinə qapılmaq yanlışdır. Ermənistanın XİN rəhbəri heç bir məsələni həll etmək iqtidarında deyil. Şübhəsiz ki, Azərbaycanın hədəfi 7 rayonun qaytarılmasıdır. Daha sonra isə Dağlıq Qarabağın aralıq və yekun statusu məsələsi gündəmə gətirilə bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya