Ehtiyac içində yaşayırlar - "Müəllimlərin və həkimlərin maaşları artırılmalıdır"




Millət vəkili Fazil Mustafa təhsil, səhiyyə mədəniyyət və incəsənət sahəsində çalışan insanların əməkhaqqının qaldırılmasını istəyir. 

Sherg.az-ın məlumatına görə deputat Milli Məclisdə 2017-ci il büdcəsinin müzakirəsi zamanı deyib ki, büdcədən bir sıra sahələrə ayrılmalar artdığı halda, mədəniyyət və incəsənət sahəsinə ayrılan vəsait azaldılıb: 

"Onsuz da bu sahədə çalışan insanlar çox cüzi maaş alırlar. Bu maaşla yaşamaq mümükün deyil. Hesab edirəm ki, bu sahəyə diqqət yetirmək lazımdır. Eyni zamanda təhsil və səhiyyə işçilərinin maaşlarının qaldırlması vacibdir. Bu gün həkim və müəllimlərin aldığı əməkhaqqı onların paltar puluna çatmır, nəinki dolanmasına. Təsəvvür edin ki, repetitorluqla məşğul olmayan müəllimin aldığı maaş mədəniyyət sahəsində çalışan şəxsdən heç də fərqli deyil və çox aşağı səviyyədədir: Elə bunu səhiyyə sahəsində çalışanlara da şamil etmək olar. Odur ki, bu sahədə çalışanalrın sosoial şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülməlidir. Ölkənin əsas sütununu təhsil və səhiyyə təşkil edirsə, niyə bu sahədə əziyyət çəkənlər ehtiyyac içində yaşamalıdırlar?!”.

Anar