Əkin yerini yandıran şəxslər cərimələnəcək



Əkin yerini yandıran şəxslər cərimələnəcək. 

"Sherg.az"ın xəbərinə görə, Milli Məclisin 31 may tarixinə planlaşdırılan iclasında "Azərbaycan Respublikasının Torpaq Məcəlləsi"-də dəyişiklik edilməsi nəzərdə tutulub. 

Məcəllənin 34-cü, Torpaqların mühafizəsinin məqsədi və vəzifələri maddəsinə 5-ci bəndinə 5.1-ci bənd əlavə edilir. Əlavəyə əsasən, əkin yerlərinin yandırılması qanunla qadağan edilir. Bu yerlərin yandırılmasına görə, inzibati məsuliyyət (cərimə) nəzərdə tutulub.