Ekspert deputatla razılaşmır: “...Emosiyalara qapılmaq lazım deyil”
09:32 10.04.2019
Arxiv
720
Millət vəkili Fazil Mustafa bu günlərdə 162 saylı orta məktəbdə baş verən intihar hadisəsi ilə bağlı açıqlama verib. Deputat şagirdin intiharına səbəb kimi bir çox amilləri qeyd edib. "Bir intihar hadisəsi üzərindən nəticə çıxarmaq düşüncəsində deyiləm. Psixoloji səbəblər də ola bilər, məktəb yoldaşlarının lağlağısı və yaxud şantajı da səbəb ola bilər, ailədəki psixoloji sarsıntı da. Ehtimalları bir tərəfə qoyuram. Ailələrdəki durumu da. Çünki bir çox hallarda yaxınlarımızın belə arzuladığımız ailə qurmasına çox vaxt müdaxilə edə bilmirik. Məktəb direktorları və müəllimlərilə çoxlu təmaslarım olur. Vallah intellektual və virtual olaraq söyləmirəm. Amma vizual olaraq müəllimlərin və direktorların xeyli hissəsi müəllim obrazına bənzəmirlər...”.
Deputatla razılaşmadığını deyən təhsil üzrə ekspert Nadir İsrafilov "Sherg.az”a açıqlamasında bildirib ki, hər hansı bir mənfi hadisə yaşandığı zaman bunu ümumi şəkildə bütün direktor və müəllimlərə aid etmək düzgün deyil. Ekspertin sözlərinə görə, son vaxtlar bəzi məktəblərdə baş verən xoşagəlməz hadisələr təhsil sisteminin nüfuzuna ağır zərbədir:
"Bütün müəllimlərin və direktorların mənfi xüsusiyyətə malik olduğunu demək, olduqca təhlükəli tendensiyadır. Bizim yaxşı müəllimlərimiz və direktorlarımız var. Hesab edirəm ki, hansısa fakta yönəlik ifadə işlədəndə emosiyalara qapılmaq lazım deyil. Hazırda müəllimlərin və məktəblərin nüfuzu bəyənmədiyimiz sovet dövrü ilə müqayisədə xeyli aşağı düşüb. İstəsək də, istəməsək də bunu qəbul etməliyik. Əbəs yerə deyil ki, "Təhsilə dair dövlət strategiya”sında əsas hədəflərdən biri müəllimlərin nüfuzunun qaldırılmasından ibarətdir”.
N.İsrafilov deputatın söylədiklərini müəllimlərə, məktəblərə verilən bir mesaj kimi qəbul etidiyini deyib:
"Bəzən tədqiqatla təhqiqatı qarışdırırıq. Məsələn, 162 nömrəli məktəblə bağlı nə qədər sözlər deyilir, ittihamlar səsləndirilir. Bir məqamı dərk etmirik ki, hansısa məsələyə hüquqi qiymət verilmədən kimlərisə ittiham etmək düzgün deyil. Müəyyən emosiyalara qapılıb həmin direktoru işdən azad etmək üçün canfəşanlıq göstərənlər və müdafiəsinə qalxanlar oldu. Amma hadisələrə emosional yanaşmaqdan uzaqlaşmalıyıq. Baş verənləri sağlam düşüncə və fikirlərlə analiz etmək lazımdır. Gələcəkdə inkişaf və tərəqqimiz üçün imkan daxilində müəllim və məktəb məhfumuna hörmət etməliyik”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya