Ekspert: “Millət vəkilləri də bu acınacaqlı mövzu barədə danışmırlar”




"Bir neçə xarici ölkədə olmuşama, ancaq bizim sürücülər kimi aqressiv olanları görməmişəm”.

"Sherg.az” xəbər verir ki, bu barədə öz "Facebook” profilində təhsil üzrə ekspert Etibar Əliyev bildirib. 

Avtobus qəzalarının tez-tez şahidi olduğunu qeyd edən ekspert diqqətə çatdırıb ki, avtobuslara sürücü kimi işə qəbul olunanların psixoloji durumu da yoxlanılmalıdır:

"Həddindən artıq kobud və mədəniyyətsizdirlər. İnsanlar ayaqlarını avtobusun pilləkəninə atan kimi sürürlər. Təsadüfən biri digərini ötəndə elə bilirsən ki, öküz qırmızı parçaya cumur. Nəticədə günahsız insanlar əziyyət çəkirlər. 

Taksi sürücülərinin də böyük kəsimi mədəniyyətsiz və kobud adamlardır. Onların da çoxu bir-birilərindən fərqlənmir. Cəmiyyətin bu təbəqəsi sanki tamamilə unudulub. Millət vəkilləri də bu acınacaqlı mövzu barədə danışmırlar. Ona görə ki, bu nəqliyyat vasitələrindən kənddən gələndən istifadə etmirlər”.

Ayyət