Ekspertdən çağırış: "Kriptovalyutanın qiymət əmələgəlmə prosesinin şəffaflığı itib"





"Kriptovalyutanın qiymət əmələgəlmə prosesinin şəffaflığı itib".

Bu sözləri "Sherg.az”a "Bitcoin"in qiymətinin dəyişkənliyi barəsində danışarkən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib.

Ekspert qeyd edib ki, məlum məsələ kriptovalyutaların yarandığı gündən bu yana dəfələrlə müzakirə edilib:

"Bu barədə məlumatlar da vermişik. Kriptovalyutaların yaranma, onun qiymətləndirilmə prosesi ilkin mərhələdə tanıtım xarakteri daşıyırdı. Lakin bir ilə yaxındır ki, kriptovalyutalar elektron ticarət platformalarında fəaliyyətini davam etdirir. 

Alğı və satqısı elektron ticarət platformaları vasitəsi ilə həyata keçir. Orada onu almaq da olar, bir müddət saxladıqdan sonra satmaq da mümkündür. Bu da onun ticarətinin açıq-aşkar aparılması deməkdir. Artıq həmin ticarət platformalarının cazibə qüvvəsi bunu əhatə edib. Yəni, bu gündən sonra onun qiymətinin qalxıb, enməsi həmin platformlardakı qurulmuş siyasət çərçivəsində aparılacaq. 

Neftin qiyməti 125 dollara yüksəldikdən sonra az qala 25 dollara enməsi və yaxud hər hansısa bir valyuta cütlükləri dollar və avro arasında olan qalxma və enmə ilə tənzimlənir. Artıq kriptovalyutlarında qiymət əmələgəlmə prosesi bu siyasət çərçivəsində tənzimlənəcək. Burada da həcm göstəriciləri var. 

İstənilən treyner onu həcm göstəricisi ilə təxmini proqnozlaşdıracaq ki, bunun qiyməti qalıxıb, ya düşüb. Beləliklə bunun ticarəti ilə məşğul olanlar adi insanlardırsa, kriptovalyuta yuxarı olan trenddə aşağıya düşməyə istiqamət versə, uduzacaqlar.

 Eyni zamanda aşağı trend olduğu halda qalxmağına qiymət versələr yenə də uduzacaqlar. Bu proses ticarət əməliyyatlarının təsiri altındadır. Ona görə də biraz ehtiyatlı olmaq lazımdır. Kriptovalyutanın qiymət əmələgəlmə prosesinin şəffaflığı itib. Ona görədə belə bir mərhələlər olacaq. Bunlar təbii haldır”.

Qeyd edək ki, dünyanın aparıcı kriptovalyutası satılan "Bitcoin"in qiyməti 1,5% azalaraq 7 100 ABŞ dollarına düşüb. Məlumata görə, digər aparıcı kriptovalyuta sayılan "Etherium" isə, təqribən, 1% ucuzlaşıb. Hazırda onun qiyməti 522 dollar təşkil edir. Kriptovalyuta bazarında qiymət azalması 1 həftədir davam edir.

Kənan Eynuroğlu