Avropa kontinentində də vəziyyət ənənəvidir. Belə ki, bu ölkənin ibtidai məktəblərində hər 10 müəllimdən biri, orta məktəblərdə isə hər 4 müəllimdən biri kişidir. Hesab edirəm ki, kişi müəllimlərin mövcudluğu məktəb sistemi üçün çox önəmlidir. Qadınların pedaqoji modelində güc və enerji azlıq təşkil edir. Kişi müəllimlər həm oğlan, həm də qız şagirdlər üçün sosial həyata uğurlu addım atması, cinslərarası münasibətləri anlamaq üçün çox lazımdır”.
Ekspertdən ilginc təklif: "Müəllim işıq, qaz, su xərclərindən azad edilməlidir !"
13:00 08.05.2018
Arxiv
1167
"Məktəblərdə kişi müəllimlərin sayının azalması, xüsusən, ibtidai və orta məktəb sistemində zəif cinsin nümayəndələrinin aşkar dominantlığına səbəb olub”.
Bu barədə "Sherg.az”a tarixçi-alim, təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, qadınların dominantlığına səbəb məktəbdə əmək haqlarının az olması, müəllimliyə daha çox qadın məşğuliyyəti kimi baxılması və s.-dir:
"Əmək texnologiyası, fizika, bədən tərbiyəsi, tarix kimi fənlərdə sovet vaxtı çoxluq təşkil edən kişi kontingenti son illər ərzində azalmağa doğru gedir. Bu gün 4500 orta məktəbdə çalışan 151 min müəllimin 122 mindən çoxunu xanım müəllimlər təşkil edir. Xüsusilə, şəhər məktəblərində qadın müəllimlərin çoxluğu gözə çarpır. Əslində bu hal təkcə Azərbaycanda deyil, bütün dünyada qeyri-rəsmi formada müəllimliyin, pedaqogikanın "qadın peşəsi” olması ilə bağlı təsəvvürləri möhkəmləndirib.
Rusiya məktəblərində qadın pedaqoqların sayı orta hesabla 87,4 faiz təşkil edir. Maraqlıdır ki, orta məktəblərdə bu göstərici 92 faiz, ibtidai siniflərdə isə 98,2 faizlik mütləq çoxluğa malikdir. ABŞ-da isə ibtidai və orta məktəb kontingentinin 65 faizini qadınlar, 35 faizini isə kişilər təşkil edir. 1980-ci ildə bu göstərici 50-50-yə bərabər idi.
Avropa kontinentində də vəziyyət ənənəvidir. Belə ki, bu ölkənin ibtidai məktəblərində hər 10 müəllimdən biri, orta məktəblərdə isə hər 4 müəllimdən biri kişidir. Hesab edirəm ki, kişi müəllimlərin mövcudluğu məktəb sistemi üçün çox önəmlidir. Qadınların pedaqoji modelində güc və enerji azlıq təşkil edir. Kişi müəllimlər həm oğlan, həm də qız şagirdlər üçün sosial həyata uğurlu addım atması, cinslərarası münasibətləri anlamaq üçün çox lazımdır”.K.Əsədov vurğulayıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinlik müəllim kimi fəaliyyət göstərən çox sayda kişini bu sahədən uzaqlaşdırdı:
"1995-ci ildən sonra ölkədə sabitlik yarandıqdan sonra da müəllimin əmək haqqının azlığı bu sahədən üz döndərən kişi müəllimlərin sayını azaltmadı.
Hesab edirəm ki, təhsilə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır. Bundan başqa dövlət büdcəsinin vəsaiti imkan vermir ki, müəllimin əmək haqqı ciddi şəkildə artırılsın. O zaman, müəllimi müəyyən olunmuş xərclərdən azad etmək lazımdır. Yəni müəllim işıq, qaz, su kimi xərclərdən azad edilməlidir ki, aldığı az əmək haqqını sosial rifahına yönəldə bilsin”.
Qeyd edək ki, ekspertin açıqladığı rəqəmlərə görə, ölkəmizdə fəaliyyət göstərən 54 ali məktəb rəhbərlərindən 6 rektor, 37 prorektor, 60 kollecdən 15 kollec direktoru, 36 direktor müavini, 113 ilk peşə təhsili müəssisinin 11 ilk peşə ixtisası təhsili mərkəzinin direktoru, 40 direktor müavini, 4472 orta ümumtəhsil məktəbindən 1244 ümumtəhsil məktəbinin direktoru, 3569 direktor müavini qadındır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə