"Elçibəydən ötrü çox darıxıram, daha yuxuma da gəlmir"





"Elçibəydən ötrü çox darıxıram. Düzdü, onun ölümü Allah işidir. Amma bəzən elə şey yada düşür ki, adam çox darıxır".

Bunu Sherg.az-a Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib.

O, qeyd edib ki, 5-6 aya yaxındır ki, Elçibəyi yuxuda belə görmür:

" Əvvəllər tez-tez yuxuma girirdi. İndi isə daha yuxuma gəlmir. Bir dəfə yuxuda görürəm ki, kənddə evimizdə su suvarıram, Elçibəy də ağ libasa bürünüb, yanıma gəldi. Qucaqlaşıb, görüşdük. Xeyli söhbətləşdik. Daha çox uşaqlığımızdan, və valideynlərimizdən danışdıq. Sonra dedim ki, gedim, suya baxım gəlim, gələndə gördüm ki, yoxdur".

A.Əliyev Elçibəylə bağlı bir xatirəsini də bölüşüb:

" Elçibəylə çox nadir hallarda zarafat edərdik. Bir dəfə gecə evdə ikimiz idik. Başqa heç kim yox idi. Bəyə qəsdən bir -iki acı söz dedim. Bu da, əsəbləşib gedib, yatdı. Səhər tezdən durub, gəldi, yeməyimizi yedik. Dedim niyə əsəbləşirsən, qardaşının sözümü götürmürsənsə, bir belə cammata nə cavab verəcəksən? Onda dedi ki, düz deyirsən. Bu mənim Elçibəylə bağlı ən yaddaqalan xatirəmdi".


Ayyət Əhməd