Elçin Əmirbəyov “South China Morning Post”a müsahibə verib
10:39 11.11.2020
Arxiv
388
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli vəzifəsini götürən Beynəlxalq vasitəçilərin fəaliyyəti qeyri-effektiv oldu, çünki “neytrallıq fasadını” qorumağa daha istəkli idilər.
Bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov atəşkəs barədə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında bəyanatın imzalanmasından bir neçə gün əvvəl “South China Morning Post”a müsahibəsində bildirib.
Əmirbəyovun sözlərinə görə, vasitəçilər tərəfindən süründürməçilik, həmçinin onların Ermənistana qarşı kompromis və dözümlü münasibətləri səbəbindən münaqişə uzun illərdir ki, davam edir.
Nəşr Dağlıq Qarabağ münaqişəsi, sentyabrın 27-dən bəri Azərbaycanın əks-hücum əməliyyatları barədə məlumat verərək, Bakının bu müddət ərzində edilən təkliflər əsasında dəfələrlə atəşkəs elan etdiyini, lakin hər dəfə Ermənistanın bunu pozduğunu bildirib.
“Bu səbəbdən Çin Xalq Respublikasından və beynəlxalq birliyin digər məsul üzvlərindən təcavüzkar dövlət olan Ermənistana “dur” deməsini və beynəlxalq hüquqlara riayət etməsi barədə tələb irəli sürməsini gözləyirik”, - deyə Əmirbəyov bildirib.
O, həmçinin Pekinə beynəlxalq hüquq normalarına və beynəlxalq hüququn prinsiplərinə hörmət göstərdiyinə görə minnətdarlığını bildirib, eyni zamanda da Dağlıq Qarabağ məsələsinin həlli üçün beynəlxalq vasitəçilərə qarşı sərt ifadələr səsləndirib:
“Vasitəçi nəticə əldə etmək istəyirsə, hər şeyi öz adı ilə çağırmağı bacarmalıdır. Əgər təcavüz, işğal və beynəlxalq hüquq pozuntuları varsa, bunu təcavüzkar tərəfə bildirməlisiniz”.
“Azərbaycan beynəlxalq hüquq normalarını pozursa, bu barədə Azərbaycana məlumat verməlisiniz. Ancaq özünüzü bitərəf və qərəzsiz kimi göstərərək, atəşkəsin möhkəmləndirilməsindən başqa bir şey etməmək – bu bizim anlayışımızda vasitəçilik deyil”, - deyə o, əlavə edib.
Əmirbəyov müsahibəsində Dağlıq Qarabağda əks-hücum əməliyyatları zamanı Azərbaycan Ordusunun qazandığı uğurlardan da söz açıb.
“Bir dəqiqə özünüzü mənim yerimə qoyun. Təsəvvür edin ki, Azərbaycan hökumətini təmsil edirsiniz: Üç dəfə humanitar atəşkəsə razılıq verirsiniz… Hər dəfə qarşı tərəf atmağa başlayır, buna görə də qarşılıq verməlisiniz və o zaman (döyüş fəaliyyətləri) yenidən bərpa olunur. Üç dəfə ölkə (Azərbaycan) döyüş fəaliyyətlərini dayandırmaq vəzifəsini üzərinə götürür. Lakin sonra gecənin bir yarısı onlar sizin dinc mülki əhaliyə hücum edir və onlarla insanı qətlə yetirir. Mənim vəziyyətimdə barışığı qorumaq üçün hansı təşviq var?”.
Əmirbəyov Bakının əsas hədəfinin Ermənistanla dinc şəkildə yaşamaq olduğunu bildirib. O, əlavə edib ki, Bakı Dağlıq Qarabağ sakinlərini Azərbaycan vətəndaşları hesab edir və onlara ölkənin digər vətəndaşları kimi Konstitusion hüquq vermək istəyir.
Birinci vitse-prezidentinin köməkçisi regionda Türkiyə və Rusiyanın planlarının olduğu barədə iddiaları da cavablandırıb.
“Bu münaqişə nə dünən, nə də bu gün yaranmayıb, münaqişə 30 ildir mövcuddur. Planlı müharibələr və ya dini aspektdə konspirasiya nəzəriyyəsi axtarmaqdansa, məsələyə düz baxmalıyıq. Məsələnin mahiyyəti birdir: Ermənistanın Azərbaycana qarşı torpaq iddiası”, - deyə o, sözlərini yekunlaşdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hindistanda daşqında ölənlərin sayı 85-ə çatıb
19:03 03.08.2026
Dünya
Almaniyada yeni virus yayıldı
18:56 03.08.2026
Sağlamlıq
Baş müşavir: Ərdoğan yenidən namizədliyini irəli sürə biləcək
18:38 03.08.2026
Gündəm
Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edəcək
18:25 03.08.2026
Elm və Təhsil
İranda din qanlı rejimin edam maşınına çevrilib - İlahiyyatçı
18:08 03.08.2026
Gündəm
Tramp: Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib
17:57 03.08.2026
Dünya
Ermənistanın yeni hökuməti təsdiqləndi
17:47 03.08.2026
Region
Dövlət komitəsi Kəlbəcərdə qəbiristanlıqlara baxış keçirib
17:41 03.08.2026
Gündəm
Simonyanın gedişi Azərbaycan üçün müsbət siqnaldır - Ermənişünas
17:39 03.08.2026
Gündəm
İyulda hava iqlim normasından yuxarı olub
17:30 03.08.2026
Ekologiya
Çolpon-Ata Bəyannaməsi Türk dünyasının gələcəyinə yol açır - ŞƏRH
17:28 03.08.2026
Gündəm
İsrail Prezidenti: HƏMAS tam tərksilah edilməlidir
16:15 03.08.2026
Dünya
XİN: 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub
16:09 03.08.2026
Gündəm
Zərif: Belə getsə, Çin də İrana qarşı çıxacaq
15:47 03.08.2026
Dünya