Elçin Zahiroğlu buraxıldı: iddialar təsdiqlənmədi




Bakupost.az saytının baş redaktoru Elçin Zahiroğlu sərbəst buraxılıb.

Milli.Az bildirir ki, E.Zahiroğlu iyulun 1-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Həbib Axundov adlı şəxsdən rüşvət almaqda suçlanaraq saxlanmışdı.

İlkin məlumatlara görə, E.Zahiroğluya qarşı irəli sürülmüş iddialar əsassız olub.