Əli Həsənov: "Azərbaycanda vətəndaş cəmiyyəti institutları sərbəst fəaliyyət göstərir"




"Azərbaycanda 1995-ci ildən baş tutan seçkilər çoxpartiyalı sistem əsasında şəffaf formada keçirilib”.
"Report”un məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranmasının 10 illiyi münasibətilə keçirilən yubiley mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyəti instutlarının bərqərar olması siyasətin proritet istiqamətlərindən biri olub: "Ölkədə QHT institutları sərbəst fəaliyyət göstərir. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə QHT hərakatına dəstək verildi”.

Ə.Həsənov həmçinin vurğulayıb ki, ölkədə azad media formalaşıb.