Elman Rüstəmovun səlahiyyət müddəti bitir
08:04 12.03.2020
Arxiv
515
Mərkəzi Bankın sədri Elman Rüstəmovun səlahiyyət müddəti bitir.
Oxu.Az-ın məlumatına görə, bu ilin aprelin 3-də Elman Rüstəmovun səlahiyyətləri başa çatır.
“Mərkəzi Bank haqqında" qanuna əsasən, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Konstitusiyanın 109-cu maddəsinin 10-cu bəndinə, 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə və II hissəsinə müvafiq olaraq vəzifəyə təyin və vəzifədən azad edilirlər.
İdarə Heyətinin üzvləri vəzifəyə 5 il müddətinə təyin edilirlər.
Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini və digər müavinləri də beş il müddətinə vəzifəyə təyin edilirlər.
Qeyd edək ki, Elman Rüstəmov axırıncı dəfə Milli Məclisin 2015-ci ilin 3 aprel tarixində keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə təsdiq edilmişdi.
Mərkəzi Bankın İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyevdir. Baş bankir Elman Rüstəmovun müavinləri isə Vadim Xubanov və Aftandil Babayevdir.
Onlar 2017-ci ilin mart ayında Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvləri seçiliblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu üç vilayətdə əraziləri azad etdi
17:51 12.08.2026
Dünya
Sözümüz bir olsa…
17:49 12.08.2026
Gündəm
Avropadakı quraqlıq Azərbaycana da dərs verdi - EKSPERT
17:34 12.08.2026
Aktual
Bəzi yerlərə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
17:26 12.08.2026
Ekologiya
İordaniya İrana xəbərdarlıq etdi
17:13 12.08.2026
Dünya
Ramanada atasının qətlində təqsirləndirilən şəxsə cəza istənilib
16:54 12.08.2026
Hadisə
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya