Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə görüşüb
14:46 29.10.2018
Arxiv
665
Azərbaycan, Gürcüstan və Türkiyə XİN-in İstanbulda keçirilən 7-ci Üçtərəfli Görüşü çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstandan olan həmkarı, xarici işlər naziri David Zalkaliani ilə görüşüb.
Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, nazirlər regionda ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafı baxımından ənənəvi hal almış üçtərəfli formatda keçirilən görüşlərin əhəmiyyətini vurğulayıblar.
Strateji tərəfdaşlıq və mehriban qonşuluğa əsaslanan əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edən nazirlər Cənubi Qafqaz regionundakı mövcud münaqişələrin sülhü, təhlükəsizliyi, sabitliyi və iqtisadi inkişafı təhlükə altına aldığını, bu səbəbdən status-kvonun davamlı olmadığını və qəbuledilməzliyini xüsusilə vurğulayıblar.
Bu xüsusda nazirlər Azərbaycan və Gürcüstanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, bir-birilərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bir daha bəyan ediblər.
Regionda həyata keçirilən mühüm layihələr ətrafında fikir mübadiləsi aparan nazirlər 30 oktyabr 2017-ci il tarixində açılmış Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin bütövlükdə regionun iqtisadi inkişafına böyük töhfə verəcəyinə əminliklərini vurğulayıblar.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin iqtisadiyyat, ticarət, energetika sahələri, eləcə də qarşılıqlıq maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq