" Əminliklə demək lazımdır ki, İkram Rəhimov peşəkar cinayətkardır” - Vüqar Rəhimzadə
09:54 29.10.2018
Arxiv
727
"Reallıq.info və onun kimi digər saytlar insanların şərəf və ləyqətini alçaldır, təhqir və böhtana yol verərək vətəndaşlara qarşı mənəvi terror həyata keçirir”.
Bunu "Sherg.az”a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru, "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə deyib.
Komissiya sədri bildirib ki, dəfələrlə İkram Rəhimovla bağlı Mətbuat Şurasına şikayətlər daxil olub:
"Müraciətlərdə qələmə alınan faktların hamısı böyük cinayətlərdir. Bir neçə ay öncə bizə müraciət daxil oldu ki, İkram Rəhimov hazırda həbsdə olan, jurnalistikaya dəxli olmayan şəxslərə vəsiqə verərək, manipulyasiya yolu ilə onları azadlığa çıxarmağa cəhd göstərib. Bu cür davranışlar jurnalistikaya ləkə gətirir. İ.Rəhimov və komandası Mətbuat Şurasının rəhbərliyi və üzvləri haqqında çox təhqiramiz ifadələr səsləndirir, bizə böhtan və şər atır. MŞ olaraq İ.Rəhimovun rəhbərlik etdiyi reket saytları "qara siyahı”ya salmışdıq. Bundan sonra quruma qarşı şər və böhtanlarını daha da artırmışdı. Durmadan öz saytları və sosial şəbəkələr vasitəsi ilə ünvanımıza hədyanlar yağdırırdı. Əminliklə demək lazımdır ki, İkram Rəhimov peşəkar cinayətkardır”.
V.Rəhimzadə hüquq-mühafizə orqanlarının İ.Rəhimovla bağlı digər cinayətlərin üzərini açacağını da əminliklə ifadə edib:
"Biz onu nə qədər tərbiyə etməyə çalışsaq da, haqq-ədalət yolunu tutmağa, jurnalistikanın peşə etikasına riayət etməyə dəvət etsək də, o, azğınlaşmış formada öz əməllərini davam etdirdi. Çirkin niyyətindən əl çəkmədi. Sadəcə bizi deyil, idarə rəhbərlərini, iş adamlarını, sadə vətəndaşları da təhqir edir, böhtan atırdı. Şantaj yolu ilə bir çox adamdan vəsait istəyirmiş. Məsələn, Neftçalada elektrik şəbəkəsinin rəisindən və dövlət təşkilatlarından pul tələb edirmiş. Ona görə də DTX tərəfindən həyata keçirilən əməliyyatı dəstəkləyirəm. Məsələ ondadır ki, biz sadəcə "qara siyahı”ya sala bilirik və ictimai qınağı formalaşdırırıq. Başqa hansısa tədbir görə bilmirik”.
Qeyd edək ki, İkram Rəhimovun rəhbərlik etdiyi "Realliq.info” və digər "reket” informasiya saytların qanunsuz fəaliyyəti ifşa olunub. Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində İkram Rəhimovun ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayaraq onlardan vəsait tələb etdiyi, əsasız olaraq Mətbuat Şurasının rəhbərliyini və üzvlərini hədəfə aldığı müəyyən edilib. DTX-nın xüsusi əməliyyatı sayəsində İ.Rəhimov saxlanılıb.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya