
Ərdoğan çalışacaq ki, siyasi dəstək qazanmaq üçün islahatlara getsin" – Şərh
09:39 01.04.2019
Arxiv
544
"Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi dayaqlarının zəiflədiyini göstərir”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq c deyib.
Ekspert bildirib ki, hakim AKP Millətçi Hərəkat Partiyası (MHP) ilə "Cümhur İttifaqı” blokunu qurmasaydı, digər böyük şəhərlərdə də məğlub olacaqdı:

"Hazırda Türkiyədə prezident institutu güclü oluğu üçün əsas siyasi hakimiyyət Rəcəb Tayyib Ərdoğanın əlindədir. Bələdiyyə sistemi isə əvvəlki illərlə müqayisədə xeyli zəifləyib. Bu baxımdan hesab edirəm ki, növbəti seçkilərdə MHP AKP-yə verdiyi dəstəyi dayandırsa, AKP iqtidardan gedə bilər.
Bu fonda CHP və İyi Partiyanın Ankarada və digər şəhərlərdə qələbə qazanması göstərir ki, bu ittifaq siyasi səhnədəki yerini gücləndirir. Türkiyədə xalq dəyişikliyə maraqlıdır. AKP-nin təkbaşına seçkilərdə məğlub olacağı görünür. Hesab edirəm ki, növbəti seçkilərdə MHP AKP-dən ayrılarsa, Türkiyə tarixində böyük dəyişikliklər ola bilər”.
Analitikin sözlərinə görə, Ərdoğan bundan sonra çalışacaq ki, xalqın siyasi dəstəyini qazanmaq üçün yeni islahatlara getsin:
"Amma bu islahatlar da səmərə verməyə bilər. İyi Partiya və CHP-nin yaratdığı blok növbəti seçkilər dönəmində həlledici səs ala bilər. Hesab edirəm ki, hər iki partiya bu seçkilərdən sonra ittifaqlarını daha da möhkəmləndirəcək. Digər yandan, Ərdoğanın keçmiş dostları – sabiq baş nazir Əhməd Davudoğlu, eks-prezident Abdullah Gül və Abdullatif Şener yeni partiya təsis edib aktiv siyasətə qoşularlarsa, CHP- İyi Partiya bloku ilə müttəfiqliyə gedə bilərlər. Bu da Türkiyədə yeni dəyişikliklər deməkdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi