Ərdoğan: "...daha bir siyasi sui-qəsdlə üz-üzəyik"






Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan lirənin ucuzlaşmasından danışıb. 

"Sherg.az"  Fransanın "Lefigaro.fr" saytına istinadən xəbər verir ki, qardaş ölkə lideri bu devalvasiyanı ölkəsinə qarşı siyasi sui-qəsd adlandırıb. Hazırda ABŞ-Türkiyə münasbətlərinin böhranlı durumda olduğunu vurğulayan qardaş ölkə lideri bəyan edib ki, rəsmi Ankara yeni bazarlar və müttəfiqlər axtarır: 

"Məqsədləri Türkiyənin bütün sahələrdə, maliyyədən tutmuş siyasətə qədər təslim olmasını təmin etməkdir. 

Biz səhnə arxasında daha bir siyasi sui-qəsdlə üz-üzəyik. Amma Allahın köməkliyi ilə bunu da aradan qaldıracağıq". 

Tərcümə etdi: Ayyət ƏHMƏD