Ərdoğan: "Makronun sözlərini mənfi qiymətləndirmirəm"
06:49 01.09.2017
Arxiv
365
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda evinin yaxınlığındakı camidə bayram namazı qıldıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.
"Sherg.az"ın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan islam dünyasının bayrama kədərli daxil olduğunu söyləyib: "Bir tərəfdə Suriya və İraqdakı silahlı toqquşmalar, digər tərəfdə Arakanda baş verənlər, ölkəmizdə terrora qarşı mübarizəmiz, bunların hamısı istər-istəməz bayramı nayram kimi qarşılamağımıza mane olur”.
R. T. Ərdoğan Fransa prezidenti Emmanuel Makronun sözlərinə də münasibət bildirib. Xatırladaq ki, E. Makron "Le Point” jurnalına müsahibəsində dünya lideri olmağın çətinliklərindən danışarkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla tez-tez telefonla danışmaq məcburiyyətini buna misal göstərib. "Doğrusu, onun nə demək istədiyini çözmək nöqtəsində deyiləm. Onu hörmətli Makrondan öyrənmək lazımdır. Bildiyim tək şey var: danışmaq tələbi onlardan gəlir və mən bu tələbi rədd etmək istəmərəm. Çünki dostları çoxaltmaq və bizə neqativ nəzərlə baxanları azaltmaq istəyirəm. Mən o jurnalda deyilənləri mənfi qiymətləndirmirəm, tam əksinə, Türkiyənin prezidenti ilə görüşməyin, danışmağın onlar üçün əlavə dəyər olduğunu düşünürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm