Ərdoğan onları görüb avtomobilini dayandırdı

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrail parlamentindəki ərəb millət vəkillərindən ibarət heyəti qəbul etmək üçün iqamətgahından Tarabya köşkünə keçərkən mikroavtobus dayanacağında avtomobilini dayandırdı. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan əllərində türk bayraqları olan mikroavtobus sürücülərini və S. S. 19 Nolu Sarıyer Mahalı Motorlu Daşıyıcılar Kooperativinin başçısı Hakan Akkayanı bir müddət dinlədi. Ərdoğan, daha sonra Tarabya köşkünə keçib. Akkaya jurnalistlərə verdiyi açıqlamada "Sağ olsun ölkə başçısımız, keçərkən dayandı. Dərdimizi dinlədi. Biz də ona bir müraciət verdik. Hər keçəndə bizi ümidsiz qoymur. Allah yar və yardımçısı olsun." deyib. Təqdim etdikləri müraciətdə çətinliklərini dilə gətirdiklərini ifadə edən Akkaya, "Sağ olsun 'Tamam, baxacağam' dedi. Dinlədi bizi. Müraciəti oxuyacağını və yardım edəcəyini söylədi." deyə danışdı.