Ərdoğan Putinə: "Biz hazırıq..."




Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. Tərəflər Hələbdəki son vəziyyəti müzakirə ediblər, yaşanan insanlıq dramının durdurulmasını vurğulayıblar.  Prezidentlər Hələbdə dinc sakinlərin və müxalifət qüvvələrinin təhlükəsiz dəhlizlər vasitəsilə təxliyə olunması prosesinin tezliklə başlaması üçün birgə səy göstərməyi qərara alıblar.
Danışıqlarda, atəşkəs razılaşmasının tam olaraq həyata keçirilməsi, razılaşmaya istiqamətli pozuntulara əngəl törədilməsi lazım olduğu vurğulanıb. Etibarlı dəhliz vasitəsilə vətəndaşların və müxalifətin azadetmə əməliyyatının bir an əvvəl başlaması üçün ortaq səy göstərilməsi qərarı da təsdiq edilib.

Ərdoğanın Putinə, lazımlı etibarlı dəhlizin açılmasından dərhal sonra, Türkiyə olaraq keçici sığınacaq və insani yardımlar mövzusunda hər cür tədbir görməyə hazır olduqları ifadə edilib.