Ərdoğan "Türk axını"nın tikintisinə dair sazişi ratifikasiya edib




Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Türk axını" qaz kəmərinin tikintisinə dair Rusiya tərəfi ilə imzalanan sazişi ratifikasiya edib. "APA-Economics" TASS agentliyinə istinadən xəbər verir ki, prezident bununla bağlı müvafiq qanun imzalayıb.

Qanun bu gündən qüvvəyə minir.

Xatırladaq ki, tərəflər "Türk axını" layihəsinin reallaşdırılmasına dair hökumətlərarası sazişi oktyabrın 10-da imzalayıb.