Ərdoğan: "Xainlərin "başı qoparılacaq""




Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan xainlərin "başını qoparılacağını" vəd edib. 

 Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə R.T. Ərdoğan dünən bu ölkədə ötən il baş tutan dövlət çevrilişinə cəhdin birinci ildönümü ilə bağlı çıxış edərkən bildirib. 

O qeyd edib ki, Fətullah Gülənin göstərişini icra edərək məlum çevrilişi həyata keçirməyə cəh göstərən xainlərin hamısı cəzasını alacaq. 

Bundan başqa R.T.Ərdoğan onu da əlavə edib ki, Böyük Millət Məclisinin ölüm hökmünün bərpasına dair  qərarını bəyənir. 

Ayyət Əhməd