Ərdoğanla Putin arasında telefon danışığı: "ABŞ yanlış qərar verdi"





Dünən gecə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, danışıq zamanı liderlər ABŞ-ın İranla nüvə razılaşmasından imtinasını müzakirə ediblər. 

Tərəflər Vaşinqtonun bu təşəbbüsünü yanlış qərar kimi dəyərləndirərək razılaşmanı qoruyub saxlamağın lazım olduğunu vurğulayıblar.

Onlar bildiriblər ki, bu razılaşmanın qorunması beynəlxalq və regional təhlükəsizlik üçün çox vacib idi. 

Bundan başqa liderlər bu razılaşmaya imza atan digər ölkələrlə əməkdaşlığı sona qədər davam etdirəcəklərini söyləyiblər. 

Tərcümə etdi: Ayyət Əhməd