Ərdoğanla Ruhani telefonda nə danışıb ? - Gizli ötürülən məlumat







Türkiyə preizdenti Rəcəb Tayyip Ərdoğan iranlı həmkarı Həsən Ruhaninin bu ölkənin bir neçə şəhərində 6 gündür davam edən  nümayişlə bağlı münasibətini vəziyyətə adekvat cavab adlandırıb. 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki,  türk başqanlığına yaxın mənbədən gizli  ötürülən  məlumata görə, R.T.Ərdoğanla H.Ruhani arasında telefon danışığı olub. Və Türkiyə prezidenti həmkarına yaxın bir neçə günə vəziyətin normallaşacağına ümidvar olduğunu söyləyib.

 Bundan başqa Ərdoğan bildirib ki, H. Ruhaninin aksiya və aksiyaçılarla bağlı bəyanatı nümayişin sakit məcraya keçməsi üçün zəruri idi".

 
Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb.

Tərcümə etdi: Ayyət ƏHMƏD