Ərdoğanla Tramp telefonla danışıb
18:17 14.01.2019
Arxiv
310
Suriyada baş verən proseslər müzakirə edilib
Yanvarın 14-də axşam saatlarında ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
"Milliyət” xəbər verir ki, telefon söhbətində ikitərəfli əlaqələrlə yanaşı, Suriyada baş verən proseslər müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan həmkarının ABŞ hərbi kontingentinin Suriyadan çıxarılması barədə qərarını məmnunluqla qarşıladıqlarını vurğulayıb və Türkiyənin bu prosesdə NATO-dakı müttəfiqi Birləşmiş Ştatlara hər cür dəstək verməyə hazır olduğunu bildirib.
Bölgədə hakimiyyət boşluğunun yaranmaması üçün "Münbiç Yol xəritəsi”nin başa çatdırılmasının, ABŞ ordusunun Suriyadan çıxarılmasına mane olmaq istəyən qüvvələrin cəhdlərinin qarşısının alınmasının vacibliyini vurğulayan prezidentlər Suriyanın ərazi bütövlüyü prinsipi əsasında ölkənin şimalında terrorçulardan təmizlənmiş təhlükəsizlik bölgəsinin yaradılması məsələsini də müzakirə ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin kürdlərlə heç bir probleminin olmadığını bildirərək, ölkəsinin məqsədinin milli təhlükəsizliyə təhdid yaradan terror təşkilatları – İŞİD, PKK və onun Suriyadakı qolu ilə mübarizə aparmaq olduğunu deyib.
Telefon danışığında, həmçinin ikitərəfli iqtisadi münasibətlərin inkişafı barədə də fikir mübadiləsi aparılıb.
Prezidentlərin telefon söhbəti ilə bağlı Ağ Evin rəsmi açıqlamasında dövlət başçılarının ABŞ ordusunun Suriyadan çıxarılması məsələsi ilə yanaşı, ikitərəfli münasibətlərin inkişafı barədə də fikir mübadiləsi apardıqları qeyd olunub. Açıqlamada Prezident Donald Trampın Suriyanın şimal-şərqindən yarana biləcək təhdidlərlə bağlı Türkiyənin narahatlığının aradan qaldırılması üçün birlikdə əməkdaşlıq etmək istədiklərini vurğuladığı bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi