Bir qism də düşünür ki, Rusiya Ermənistandan çıxsa, onlar təkbaşına Azərbaycan və Türkiyə ilə bacara bilməyəcəklər
Erməni cəmiyyətində Rusiya ilə bağlı ikitirəlik yaranıb
08:41 15.01.2019
Arxiv
473
Əksəriyyəti Moskvanın vassallığından çıxmağın tərəfindədir
Bir qism də düşünür ki, Rusiya Ermənistandan çıxsa, onlar təkbaşına Azərbaycan və Türkiyə ilə bacara bilməyəcəklər
Bir qism də düşünür ki, Rusiya Ermənistandan çıxsa, onlar təkbaşına Azərbaycan və Türkiyə ilə bacara bilməyəcəklər
Ermənistanın Gümrü şəhərində rus hərbçilərinə qarşı piket təşkil olunub. Aksiyanın təşkilatçıları iddia edirlər ki, onların etirazları Rusiyanın Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasının əsgərlərinin törətdikləri cinayətlərə qarşıdır.
102-ci hərbi bazanın qarşısında keçirilən piket 2015-ci il yanvarın 12-də bir erməni ailəsinin yeddi üzvünün qətlə yetirilməsinin ildönümündə təşkil olunub. Piket iştirakçılarının Ermənistan hökuməti, Rusiyanın Ermənistandakı səfirliyi və hərbi bazanın komandirinə ünvanlanmış müraciətində deyilir ki, 1999-cu ildən bəri rus hərbçilərinin törətdikləri cinayətlər nəticəsində Ermənistanın 12 vətəndaşı ölüb, 14 nəfər yaralanıb.
Ümumiyyətlə, son zamanlar erməni cəmiyyətində Rusiyaya qarşı narazılıqlar artıb. Sarkisyan rejiminin devrilməsindən sonra Nikol Paşinyanın yürütdüyü siyasətin Rusiya dövlətinə zidd olduğu bəllidir. Bu səbəbdən Ermənistanda Rusiya rejiminə qarşı etirazlar günü-gündən artmaqdadır.
Baş verənləri "Şərq”ə dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistanın tamamilə Rusiyadan asılı olması mövcud durumu daha da gərginləşdirir:
"Ermənilər görürlər ki, Rusiyanın vassalı, hətta qulu olmaqlarına rəğmən bu onlara elə də xeyir gətirmir. Azərbaycan torpaqlarını geri almaq siyasətini davam etdirir və ermənilər düşünürlər ki, niyə Rusiya buna mane olmur? Bütün bu faktlar və Rusiya hərbiçilərinin Ermənistanda törətdikləri qətllər erməni cəmiyyətində narahatçılıq doğurur. Ermənistanın indiki baş naziri Nikol Paşinyan da Rusiya ilə münasibətlərində ancaq soyuqluq yaşayır. Ona görə də zaman-zaman erməni cəmiyyətində Rusiyaya qarşı olan narazılıq qısa müddətdə özünü göstərdi. Ermənilərin çoxu Rusiya ilə üz-üzə gəlmək istəmirlər. Rusiyanın ermənilərdən heç bir razılığı yoxdur. Niyə də olsun? Ermənistan Azərbaycanla düşmən olub, torpaqlarımızı işğal edib və Türkiyə ilə düşməndir. Belə vəziyyətdə ermənilər düşünürdülər ki, Rusiya onları xilas edəcək. Amma Rusiyanın onları xilas etmək fikri yoxdur”.
Politoloq bildirib ki, Rusiya erməniləri asılı vəziyyətdə saxlamaqla onları idarə etmək istəyir. Məhz buna görə də erməni cəmiyyəti reaksiya verir və öz fikirlərini bildirir:
"Hətta Rusiyanın Ermənistandan çıxıb getməsi üçün şüarlar da yaradırlar.
Düşünmürəm ki, Rusiya asanlıqla Ermənistandan çıxıb getsin, yaxud hərbi bazasını ləğv etsin. Ermənilərin əksəriyyəti isə qorxur ki, Rusiya Ermənistandan çıxsa, onlar təkbaşına Azərbaycan və Türkiyə ilə bacara bilməyəcəklər. Həqiqətən də bu belədir. Əslində Rusiya ortada olmasaydı, biz ermənilərlə məsələni çoxdan həll etmişdik. Çox təəssüf ki, Rusiyadakı müəyyən güclər buna mane olur.
Həmin güclər ki, Mariya Zaxarovanın dili ilə bizə mesajlar göndərirlər. Ona görə də ermənilərin bir hissəsi düşünür ki, "Rusiyadan narazılığımız olsa da, qul olaraq qalmalıyıq ki, Azərbaycan torpaqlarını işğal altında saxlaya bilək”. Məhz buna görə erməni cəmiyyətində ikibaşlılıq yaranır. İnsanların bir qismi deyir ki, "Rusiyanın qulu olmağa davam etməliyik”. Digər qism isə düşünür ki, "Rusiyanın qulu olduq, amma heç bir qazancımız olmadı”. Erməni cəmiyyəti bu iki ziddiyət arasında vurnuxur. Baş verən hadisələrin də əsas səbəbi budur”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya