Ermənilər Ağdamda hərbi təlimə başladı






Ermənistan hərbi birləşmələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıblar.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimlər Ağdam rayonunun Uzundərə adlanan ərazisində keçirilir.

Ağır artilleriya qurğularından atılan mərmi səsləri cəbhə xəttinə yaxın olan yaşayış məntəqələrində eşidilir.