Ermənilər Füzuli şəhər qəbiristanlığını dağıdıb

Ermənilər Füzuli şəhər məzarlığında qəbir daşlarının əksəriyyəti söküblər.
APA-nın yerli bürosu xəbər verir ki, onlar bahalı qəbir daşlarının hamısını söküb aparıb, yalnız ucuz baş daşları olan məzarlara toxunmayıblar.
O cümlədən məzarların ətrafındakı dəmir hasarlar da sökülərək aparılıb. 
Qeyd edək ki, bu gün bir qrup jurnalist işğaldan azad edilmiş Füzuli rayonunda olub.