Ermənilər Laçından qaçarkən iki minə yaxın ağac kəsib: Cinayət işi açıldı
07:25 21.06.2021
Arxiv
330
Xəbər verildiyi kimi, Ermənistanın silahlı qüvvələri tərəfindən beynəlxalq hüququnun əsas norma və prinsipləri, eləcə də “Canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” 1979-cu il tarixli Avropa konvensiyanın tələbləri kobud şəkildə pozularaq Azərbaycan Respublikasının ətraf mühitinə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq məqsədilə işğala məruz qalmış ərazilərimizdə Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələri qəsdən məhv etməklə ölkəmizə qarşı ekoloji terrorçuluq cinayəti törədilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, aparılan araşdırmalarla Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə silahlı qüvvələri tərəfindən növbəti dəfə barbarlıq nümayiş etdirilərək nadir flora və faunası olan Laçın rayonunda işğaldan azad olunmasından az müddət öncə qanunsuz olaraq 1 818 ədəd müxtəlifcinsli, köküstdə çoxillik ağacların kəsilməsinə və bunun nəticəsində ölkəmizə 1 511 330 manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilənlərlə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən İstintaq idarəsinə tapşırılıb.
Hazırda iş üzrə istintaq hərəkətləri aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya