Ermənilər vahimədə: Gümrüdəki rus ordusu ayağa qalxdı
09:06 27.01.2019
Arxiv
570
Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasından piyadaların döyüş maşını, tanklar, BTR-lər yola çıxıb. Axar.az xəbər verir ki, bu barədə ermənişünas İsmayıl Tanrıverdi məlumat yayıb. O bildirib ki, zirehli texnika və çoxsaylı əsgərlərin videosunu gümrülü bir erməni çəkərək paylaşıb:
"Gümrülü bir erməninin paylaşdığı bu video bütün erməniləri vahiməyə salıb. Bu hərbi karvanı görənlər düşünürlər ki, yoxsa müharibəmi başlayır?”
İ.Tanrıverdi bildirib ki, hadisə 2 gün öncə Rusiyanın Gümrüdə yerləşən hərbi bazasında baş verib:
"Videonu çəkən erməni yolda rast gəlib ki, çoxsaylı hərbi texnika yol ilə, tanklar və BTR-lər isə yolun sağından, əkin sahələri ilə Gümrü şəhərindən Amasiya rayonunun Çaxmaq (indiki Kamxut) kəndinə tərəf gedirlər. Erməni deyir ki, bu qədər hərbi texnikanın hərbi təlimə getməsi mümkün deyil. O, indiyədək belə genişmiqyaslı hadisə görməyib.
Məni isə başqa bir məsələ düşündürür: Görəsən Nikol Paşinyanın Ermənistan Müdafiə Nazirliyinin bütün generalları ilə bugünkü təcili görüşünün bu hadisə ilə bir bağlılığı yoxdur ki?”
İ.Tanrıverdi hazırkı videonun 30 saniyəlik olduğunu, bütöv videoda isə tankların hərəkətinin də göründüyünü qeyd edib.
Qeyd edək ki, yanvarın 22-də Rusiya Müdafiə Nazirliyinin Cənub Hərb Dairəsi Ermənistandakı rus ordusunun təlimə cəlb edildiyini açıqlamışdı. Bildirilirdi ki, həyəcan siqnalı ilə başlayan təlimə aviasiya və S-300, Buk-M1-2 zenit raket sistemləri cəlb edilib. Hərbi təlim çərçivəsində hərbçilər texnikanın daimi dislokasiya yerindən fövqəladə çıxışa hazırlaşıblar. Təlimə ümumilikdə 500 hərbi texnika cəlb olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN yanında İctimai şuranın üzvləri Naxçıvana səfər edib
14:53 26.05.2026
Gündəm
Deputat qanunların dilinə etiraz edib
14:15 26.05.2026
Gündəm
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya