Ermənilərin Azərbaycan musiqilərini oğurlamasına deputatdan sərt REAKSİYA
17:15 12.10.2018
Arxiv
1021
Ermənilər növbəti dəfə Azərbaycanın milli musiqisini oğurlayaraq özlərinki kimi təqdim ediblər. Oktyabrın 11-də İrəvanda 58 ölkəni birləşdirən Frankofoniya sammiti keçirilib. Əvvəllər ciddi beynəlxalq konfranslara ev sahibliyi etməmiş Ermənistan bu tədbirə Azərbaycana qarşı təxribat fürsəti kimi baxıb. Əvvəlcə İrəvanda açılan "Frankofoniya şəhərciyi”ndə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi Ermənistan pavilyonu nəzdində təqdim edilib. Amma işğalçı ölkənin siyasi rəhbərliyi bununla kifayətlənməyib. Frankofoniya sammitinin rəsmi hissəsi başa çatandan sonra gəzinti və ziyafət təşkil edilib. Ziyafətdə səslənən musiqilər isə Azərbaycandan oğurlanma musiqilər olub. Ermənistanın baş naziri Nikol Paşinyan, tədbirdə iştirak edən dövlət və hökumət başçıları, eləcə də başqa ölkələrin rəsmləri ziyafət zamanı erməni musiqisi kimi səsləndirilən Azərbaycan rəqs havalarına oynayıblar. Ermənistan sammitdə Azərbaycanın "Duy-duy”, "Xurcunu” və "Basqalı” rəqslərini iştirakçılara təqdim edib.
İşğalçı ölkənin məlum addımını kəskin pisləyən millət vəkili Araz Əlizadə "Sherg.az"a bildirib ki, bu ermənilərin ilk işi deyil:
"Ermənilər hər zaman digər dövlətlərdən nələrsə oğurlayırlar. İşğalçı ölkənin Azərbaycanın milli musiqisini özlərinin mahnısı kimi qələmə verməsi təəccüb doğurmamalıdır. Baxın, erməni bəstəkar Aram Xaçaturyan öz tərcümeyi-halında yazır ki, ""Qayane” və "Spartakı” yazanda Azərbaycan muğamlarından istifadə edib. Yəni onların bəstəkarı da Azərbaycanın muğamlarından danışır. İndi isə üzdəniraq qonşumuz deyir ki, bu, bizim musiqimizdir”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalıların Moskva və Kiyev səfəri nəyi dəyişirdi?
20:51 07.09.2026
Dünya
"Neftçi" nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib
20:44 07.09.2026
Futbol
Qucaqlaşmaq sadəcə sevgi deyil: Beyində bu prosesləri işə salır
20:36 07.09.2026
Sağlamlıq
Nə Rusiya, nə də Ukrayna kompromisə açıqdır - ŞƏRH
20:27 07.09.2026
Gündəm
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya