“Ermənilərin dözülməz vəziyyətə düşməsində Sarkisyanın işğalçılıq siyasəti böyük rol oynayıb” – Deputat
14:29 17.11.2018
Arxiv
628
Hakimiyyətdən biabırçı şəkildə uzaqlaşdırılmış Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bu günlərdə bəyanatla çıxış edib. O Dağlıq Qarabağ məsələsində guya radikal mövqe nümayiş etdirib.
Ermənistan kütləvi informasiya vasitələrində və ictimai-siyasi dairələrində onun bu yalan açıqlaması gülünc və istehza ilə qarşılanıb. Ermənistan ekspertlərinin qənaətinə görə, Serj Sarkisyan hakimiyyəti Ermənistanı talan obyektinə çevirib. Ermənistan KİV-inin yazdığına görə, S.Sarkisyan Ermənistanda yeganə liderdir ki, onun prezidentliyi dövründə Ermənistan tərəfi ərazi itirilməsinə getmiş və dördgünlük aprel döyüşləri etibarlı döyüş hazırlığının olmaması baxımdan Ermənistan ordusunun biabırçı vəziyyətini nümayiş etdirib. Serj Sarkisyan hərbi xunta rejiminin rəhbəri olaraq səhra komandiri təfəkküründən kənara çıxa bilməyib,müharibə xofu ilə erməni ictimaiyyətini manipulyasiya etməklə məşğul olub.Sonda erməni xalqı özü başa düşdü ki, onların ən böyük düşməni Serj Sarkisyan rejimidir.
Məsələni şərh edən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov "Sherg.az”a söyləyib ki, nəhayət ki ermənilər 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə girov saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran "Qarabağ klanı"ndan canını qurtardı:
"Artıq 10 ildir Ermənistanda hakimiyyəti zəbt etmiş Serj Sarkisyan epoxası başa çatıb, xalq etirazları öz nəticəsini verib. Yəni Sarkisyan xalqın istefa tələbini qəbul etməyə məcbur qaldı. O xalq ki, məhz Sarkisyanın yeritdiyi işğalçılıq siyasəti nəticəsində dilənçi kökünə düşüb, sürünə-sürünə yaşamaq məcburiyyətində qalıb, eyni zamanda, özlərinin dediyi kimi, "bu lənətə gəlmiş ölkəni tərk etmək”dən başqa çarələri qalmamışdı. Sarkisyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeritdiyi qeyri-konstruktiv mövqe bu gün Ermənistanın bu ağır vəziyyətini şərtləndirən amillər sırasında mühüm mövqeyə malikdir. Ona görə də indi Ermənistanda hakimiyyətdə olmalıdır ki, o, ölkənin düşdüyü çıxılmaz vəziyyətin yeganə səbəbinin onun işğalçılıq siyasəti olduğunun və məhz bunun nəticəsində bumeranq effekti ilə üz-üzə qaldığının, labirintə düşdüyünün və dalana dirəndiyinin fərqinə varsın. Ona görə də ümid edirik ki, Ermənistanın yeni baş naziri fərqli bir siyasət həyata keçirəcək, çünki Sarkisyan siyasətinin davamı mövcud çıxılmaz vəziyyətin davamı deməkdir və o da perspektivdə Sarkisyanın taleyini yaşaya bilər”.
Parlamentarinin qənaətincə, Ermənistanın gələcəyi yalnız və yalnız bu münaqişənin ədalətli həllindən- Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasından keçir:
"Bu, baş tutacağı təqdirdə, yəni Ermənistanın yeni baş nazirinin Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmağa razılaşacağı halda, yeni vəziyyət yaranacaq. Belə olduqda isə Ermənistanın Azərbaycanın təşəbbüskarı olduğu irimiqyaslı regional layihələrdə iştirakı məsələsinə baxıla bilər. Ermənistanın nicatı məhz bundadır”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə