Ermənilərin əliəyriliyi gürcüləri qəzəbləndirdi - FOTO

Ermənilər indi də gürcü mətbəxindən etdikləri oğurluqla gündəmə gəliblər.

"Sherg.az" Oxu.Az-a istinadən xəbər verir ki, Rusiyada satılan məhsullar arasında konservləşdirilmiş “erməni yeməkləri” “xarço” və “çaxoxbili” də olub.

Buna qədər Türkiyə və Azərbaycanın, o cümlədən bir çox Şərq xalqlarının da mətbəxindən də oğurluqlar edən ermənilərin bu əməli gürcüləri qəzəbləndirib.

Sosial şəbəkənin Gürcüstan seqmentində istifadəçilər ermənilərin oğurluqlarına səbəb kimi onların öz mətbəxinin olmamasını göstəriblər.