Ermənilərin NATO PA-da təxribatı baş tutmadı
06:45 20.11.2018
Arxiv
462
Azərbaycanın Avropada ildən-ilə artan əhəmiyyətli rolu, Avroatlantik məkanın, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr NATO PA-nın Kanadanın Halifax şəhərində keçirilən 64-cü payız sessiyası zamanı müxtəlif məruzələrdə qeyd edilib.
Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, qurumun İqtisadiyyat və təhlükəsizlik komitəsində Mərkəzi və Şərqi Avropada enerji təhlükəsizliyi çağırışları hazırlanıb. Onun sözlərinə görə, alyans üçün çağırış qətnaməsində Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olması, bu torpaqlara nəzarət edə bilməməsi, ölkəmizin qeyd edilən məkanın enerji təhlükəsizliyində strateji əhəmiyyəti öz əksini tapıb.
Deputat bildirib ki, bu ilin sentyabr ayında bu komitə üzvlərinin böyük bir qrupu Bakıda rəsmi səfərdə olmuşdu: "Onların çox maraqlı və zəngin proqramları var idi. Məhz bu səfərin ölkəmizdə məhsuldar keçməsi qətnamənin hazırlanmasına çox ciddi təsiri olub”.
M.İbrahimqızı qeyd edib ki, bu qətnamə müzakirə edilən zaman ermənilər təxribatçı çıxışlar etməyə cəhd ediblər: "İşğalçı Ermənistan dövləti bu gün dövlətimizin və dövlət başçımızın dünyada getdikcə artan nüfuzundan çox narahatdırlar. Ona görə ölkəmizlə bağlı hər hansı müsbət nailiyyətə qarşı pozucu və təxribat xarakterli çıxışlar etməyə çalışırlar. Bu qətnamə də müzakirə edilərkən sənəddəki Azərbaycanla bağlı müsbət fikirlərə etiraz etdilər. Komitə iclasında erməni deputatlar və onları dəstəkləyənlər məruzə və qətnamədə Azərbaycanla bağlı məqamların əleyhinə olsalar da, onların fikirləri əsassız qəbul edildi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual