“Cəbhə xəttində aprel döyüşündən əvvəlki vəziyyət bərpa olunmaq üzrədir. Yeganə fərq ondadır ki, hələlik aprel döyüşlərində istifadə edilən artilleriya susur”
Ermənilərin təxribatı davam edir
09:31 01.11.2016
Arxiv
464
Düşmən hər gün cəbhədə atəşkəsi pozur
“Cəbhə xəttində aprel döyüşündən əvvəlki vəziyyət bərpa olunmaq üzrədir. Yeganə fərq ondadır ki, hələlik aprel döyüşlərində istifadə edilən artilleriya susur”
“Cəbhə xəttində aprel döyüşündən əvvəlki vəziyyət bərpa olunmaq üzrədir. Yeganə fərq ondadır ki, hələlik aprel döyüşlərində istifadə edilən artilleriya susur”
Son günlərdə cəbhə xəttində ermənilərin təxribatlarının sayı artmaqdadır. Hər gün düşmən tərəfdən atəşkəs pozulur. Xüsusilə, bu hallar oktyabrın əvvəllərindən etibarən intensiv hal alıb. Təbii ki, Azərbaycan Ordusu təcavüzkar ölkənin hər bir təxribatının qarşısını qətiyyətlə alır. Ekspertlərin fikrincə, təxribatlar davam edərsə, ikinci aprel savaşı təkrarlana bilər.
Əslində, payız-qış fəsilləri döyüşlər üçün əlverişsiz fəsillər kimi qələmə verilir. Amma düşmən tərəfin, məhz, üzü qışa doğru təxribatlara cəhd etmələri müəyyən suallar doğurur. Müdafiə Nazirliyi isə xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Onu da xatırladaq ki, son günlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşü məsələsi yenidən gündəmə gəlib. Həmsədrlər regiona səfər zamanı prezidentlərin görüşü üzərində çalışdıqlarını, bu barədə razılıq olacağına ümid etdiklərini bildiriblər. Ancaq Ermənistan tərəfinin təxribatları və konstruktiv görüşdən yayınmağa çalışması prezidentlərin görüşünü də sual altında qoyur. Bu günlərdə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov da deyib ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistanın prezidentlərinin görüşü planlaşdırılmır. Müharibə ehtimalları ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, cəbhə xəttində aprel döyüşündən əvvəlki vəziyyət bərpa olunmaq üzrədir: "Artıq nəinki atəşkəs pozulur, hətta tərəflər ciddi itkilər verməyə başlayırlar. Yeganə fərq ondadır ki, hələlik aprel döyüşlərində istifadə edilən artilleriya susur. Amma buna baxmayaraq, təmas xəttində baş verənlər real müharibə deməkdir. Fikrimcə, cəbhədəki gərginlik eyni zamanda həmsədrlər üçün də ciddi siqnaldır, mesajdır. Əgər Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirirsə, xüsusilə konkret anlaşmalara yaxın gəlmirsə, bu o deməkdir ki, Azərbaycan öz torpaqlarını azad etmək üçün müharibəyə başlaya bilər. Hesab edirəm ki, Azərbaycan konkret olaraq Ermənistana ultimatum verməlidir. Əgər öz mövqeyimizi vaxtında ortaya qoymasaq, münaqişə dondurulmuş halda qalmaqda davam edəcək. Vəziyyət çox təhlükəlidir və uzun müddət belə davam edə bilməz. Bu təhlükədən həm Ermənistan, həm də ATƏT-in Minsk Qrupu nəticə çıxartmalıdır. Əgər böyük bir savaş istəmirlərsə, işğalçı dövlətə təzyiq göstərsinlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm