"Ermənistan atəşkəsi pozmağın bədəlini ağır ödədi" - Çavuşoğlu
11:41 11.11.2020
Arxiv
534
“Hər Türkiyə Cümhuriyyəti vətəndaşı Can Azərbaycan deyir”.
APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Ankarada və Bakıda keçirilən birgə ağacəkmə mərasimində bildirib.
O deyib ki, biz bir millətik və Azərbaycanı da canımız, qanımız olaraq görürük: “Bu hamımızın ürəyindən gələn sözdür. Hər zaman Can Azərbaycanın yanında olduğumuzu söylədik. Amma bu, sadəcə sözlə deyil. Hər platformada Azərbaycanın bizə dəstək verdiyi kimi, biz də Can Azərbaycan dəstəyimizi göstərdik. Qəhrəman Azərbaycan Ordusu böyük mübarizə ilə işğal edilmiş torpaqları bir-bir geri aldı. Arada atəşkəslə bağlı razılaşmalar oldu. Azərbaycan diplomatik yolla da torpaqlarını geri almağa hazır olduğunu göstərdi. Amma işğalçı Ermənistan hər dəfə atəşkəsi pozdu. Həm də insanlıq cinayətləri, müharibə cinayətləri törədərək, mülki şəxslərə hücum edərək... Bu vəsiləylə Azərbaycan xalqına da minnətdarlığımı bildirmək istəyirəm. Üzərinə raketlər atılmasına baxmayaraq, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Ordusunun yanında duraraq böyük dirəniş göstərdi. Ermənistan bu atəşkəsi pozmağın bədəlini ağır ödədi və ən sonunda təslim olmaq məcburiyyətində qaldı. Halbuki biz illərdir eyni çağırışı edirdik ki, işğal etdiyi torpaqlardan çıxsın, sülhlə çıxsın. Amma Ermənistan bunu seçmədi. Nəticədə Azərbaycan böyük qələbə əldə etdi və edir”.
Çavuşoğlu deyib ki, qalan torpaqlar təqdim edilmiş cədvəl əsasında Azərbaycana geri qaytarılacaq və ondan sonrakı dönəmdə həmin torpaqların canlanması olacaq: “Bundan sonrakı dönəmdə də biz qardaş Azərbaycanın yanında olacağıq. Azərbaycanla, qəhrəman Azərbaycan Ordusu ilə də fəxr edirik, qürur duyuruq. Türkün gücünü bütün dünyaya göstərdilər. Türkün güvəni bütün dünyada özünə qayıtdı. Buna görə də qürur duyuruq, fəxr edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya