
Ermənistan Azərbaycan hakerlərini ittiham edir: "2 min hesab sındırılıb"
13:36 27.01.2019
Arxiv
433
Milli təhlükəsizlik üzrə mütəxəssis Samvel Martirosyan bildirib ki, Azərbaycan hakerləri təxminən 2000 erməni elektron poçt ünvanını və Facebook hesabı məlumatlarını, hətta telefon loqinlərinə qədər, sındırıblar.

Virtualaz.org bildirir ki, S.Martirosyan sındırılmış ünvan və hesabların faylını paylaşıb. "Mən parolları silib, sındırılmış hesabları bu sənədlərə daxil etdim. Təsadüf prinsipi üzrə bir neçə hesabı yoxladım: giriş mümkündür. Yoxlayın (Ctrl F kombinasiyası faylda axtarmağa kömək edəcək) - əgər özünüzü tapdınızsa, təcili girin və nə qədər ki, azərbaycanlılar hesabları aparmayıblar, parolu dəyişin", - deyə ekspert öz "feysbuk” səhifəsində yazıb.
O əlavə edib ki, Azərbaycan hakerləri 10 min hesabın oğurlandığını bildiriblər, amma onun məlumatlarına görə, bu rəqəm şişirdilib, çünki hesabların çox hissəsi təkrarlanır.
S.Martirosyan həmçinin sındırılmanın necə baş verdiyini izah edib: "Bu, "fişinq” hücumudur. Məsələn, bir şəxs mail.ru administrasiyası adından müəyyən məlumatların daxil edilməsini tələb edərək yanlış bir məktub yazır. Beləliklə, qurban parolu öz əlləri ilə şəxsən verir".
Bu, erməni ekspertinin Ermənistanda çox sayda hesabın sındırıldığna dair verdiyi ilk məlumat deyil.
O, 2017-ci ilin noyabrında da guya "feysbuk” istifadəçilərinin sındırılmış elektron ünvanlarını və telefon nömrələrini təqdim etmişdi.
Qeyd etmək lazımdır ki, erməni hakerləri də vaxtaşırı fəallıq göstərərək Azərbaycan istifadəçilərinə və saytlarına ziyan vururlar. 2014-cü ilin avqustunda Martirosyanın özü etiraf etmişdi ki, ermənilər haqqin.az saytını sındırıblar. Yeri gəlmişkən, o vaxt-Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin ağırlaşdığı günlərdə, haqqin.az oxuculara öz mənbələrindən əldə etdiyi məlumatlara əsaslanaraq, vaxtında və etibarlı məlumatlar verməklə Ermənistanın informasiya təxribatı cəhdlərinin qarşısını effektiv şəkildə almışdı.
Sayta gündəlik giriş 130 min unikal IP-i ötmüşdü, bununla əlaqədar olaraq erməni terror təşkilatı ASALA-nın hakerləri ona hücum təşkil etmiş və bir neçə saatlığa sıradan çıxarmışdılar.
Həmçinin erməni haker qrupunun şəbəkədə azərbaycanlılara məxsus məxfi sənədləri və pasport məlumatlarını dərc etməsi yada düşür. Bir ara açıq girişdə minə yaxın Azərbaycan pasportu qoyulmuşdu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN yanında İctimai şuranın üzvləri Naxçıvana səfər edib
14:53 26.05.2026
Gündəm
Deputat qanunların dilinə etiraz edib
14:15 26.05.2026
Gündəm
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya