Ermənistan daxili xaos məngənəsindədir
09:23 20.11.2018
Arxiv
531
Katolikosun mühafizəsinə görə baş verən aksiyalar, bütün ölkəni bürüyə bilər
"Ermənistanda ictimai-siyasi vəziyyət gündən-günə gərginləşir”. Bunu "Şərq”ə açıqlamasında analitik Ehtiram Aşırlı deyib. Politoloq bildirib ki, Eçmiədzin rayonunda bir qrup vətəndaş istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib. "Yeni Ermənistan, yeni patriarx” devizi ilə başlayan aksiyanın iştirakçıları II Qareginin kilsəyə layiq olmadığını deyiblər: "Aksiya iştirakçılarının iddialarına görə, patriarx agentdir və xalqın xeyrini zərrə qədər də düşünmür. Ali patriarx "məxməri” inqilaba qədər ölkəni idarə edən cinayətkar rejimə satılmaqda ittiham olunur.
Deputatlar da II Qareginə qarşı çıxırlar. Parlamentin son iclasında katolikosun mühafizəsi haqqında qanun layihəsi qəbul olunmayıb. Sənədi Respublikaçılar Partiyası təqdim edib. Qanun layihəsi parlamentdə qızğın mübahisələrə səbəb olub. Partiyanın sədr müavini Eduard Şarmazanov və bir neçə deputat iclas zalını tərk edib. Sənədin qəbul olunmamasında onlar Nikol Paşinyanın "Çıxış” fraksiyası və tərəfdarlarını qınayıblar.
"Çıxış” fraksiyasından isə bildiriblər ki, xalqın arasında katolikosun sərbəst gəzə bilməsi öz problemidir. Bu barədə o, özü düşünməlidir. Deputat Alen Simonyanın sözlərinə görə, Ermənistan büdcəsi ümumerməni katolikosunun dövlət mühafizəsi üçün maliyyə vəsaitinin artırılmasına imkan vermir. Respublikaçı Marqarit Esayan isə baş naziri mühafizə xidməti üçün xərclərdən imtina etməyə çağırıb”.
Ekspert bildirib ki, Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəis müavini, sabiq prezident və baş nazir Serj Sarkisyanın təhlükəsizlik xidmətinin rəisi olmuş general-mayor Vaçaqan Kazaryan yenidən həbs edilib:
"Kassasiya Məhkəməsi Kazaryanın həbsi barədə prokurorluğun şikayətini təmin edib. Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəis müavini gəlirlərin gizlədilməsi və qanunsuz yolla varlanma maddələri ilə ittiham olunur. Kazaryanın evində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 milyon 110 min dollar, 230 min 500 avro nağd pul tapılıb. Bank hesabında isə Kazaryanın 436 milyon dram vəsait saxladığı aşkarlanıb. Nəticədə Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəis müavini həbs edilsə də, iyulun sonlarında 2 milyon ABŞ dolları girov müqabilində azadlığa buraxılıb”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual