Ermənistan KTMT-də yeni daimi nümayəndə təyin etdi - KİMİ?




Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsini dəyişib.

Trend-in məlumatına görə, bu barədə erməni KİV-lərində xəbər yayılıb.

Bildirilir ki, Ermənistanın KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi David Virabyan Prezident Armen Sarkisyanın imzaladığı fərmana əsasən geri çağırılıb. Həmin posta isə Viktor Biyaqov təyin edilib.