Ermənistan rəzil oldu - Seçkidə hakimiyyət zorakılıqlara əl atıb





 Ermənistan tarixində ən biabırçı parlament seçkiləri keçirilir. Sherg.az "News.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika partiyasının proporsional siyahısına daxil edilən David Şahnazryan məlumat yayıb.

Namizədin sözlərinə görə, təəssüf ki, seçkiqabağı təbliğat kampaniyası belə az davam edib: "Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir. Təşviqat kampaniyası zamanı hədələr səslənib, hakimiyyət qüvvələri tərəfindən zorakılıq halları qeydə alınıb".

 D.Şahnazryan bildirib ki, bu gün ölkə üçün çox mühüm gündür: "Mən Ermənistan vətəndaşlarının düzgün seçim etdiyindən şübhə etmirəm. Mən bir seçki bülletenini - çətin ki, hansı bülletenin olduğunu anlayasınız - zərfə, ikisini isə cibimə qoydum. Çünki onları digər 8-i ilə birlikdə zibil vedrəsinə atmaq istəmirdim".

D.Şahnazaryan saxladığı bülletenləri saat 20:00-dan sonra Ermənistanın Respublika partiyasının qərargahında göstərəcəyinə dair söz verib.