"Ermənistan Rusiya və KTMT-nin imicinə zərbə vurub" - Şərh
12:54 17.11.2018
Arxiv
682
"KTMT-yə baş katiblik məsələsi hələlik tam həll edilməyib. Yəni burada Ermənistanın bu vəzifəni itirməsi məsələsi hələlik qapanmayıb. Bu məsələdə 3 variant təklif olunurdu: Birinci, Ermənistan baş katibin yenə də öz nümayəndəsi olması üçün çalışacaqdı, ikinci, Xaçaturovun müavini olan Semerikov sona qədər bu vəzifəni icra etməli idi, üçüncü əlifba sırasına əsasən, bu vəzifə Belarusdan olan nümayəndəyə verilməliydi".
Bu barədə "Sherg.az"a Ermənistanın KTMT-də ciddi tərəfdaş kimi qəbul olunmamasına münasibət bildirərkən analitik Arzu Nağıyev bildirib. Analitik qeyd edib ki, Nazarbayevin Astana sammitindən sonrakı çıxışında da əsas məqam ondan ibarət idi ki, Ermənistanın yeni nümayəndəsi qalan il yarım ərzində bu vəzifəni icra etsə belə, 6 dövlətin ərazisində, həmin dövlətlərin nümayəndələri, müdafiə nazirləri və s. ilə görüşməyə imkan tapmayacaq:
"Digər tərəfdən Belarusdan olan generalın bu vəzifəyə təyin olunması ilə bağlı əvvəldən informasiya yayılmışdı. Belarusun namizədlərindən biri olan general Zas 1985-ci ildə Bakıda hərbi məktəb bitirib. Onun da bu vəzifəyə təyin olunması məsələsi Ermənistanda narazılıqla qarşılanır. Ermənistan çalışacaq ki, Belarusdan olan general bu vəzifəyə gətirilməsin və onun Bakıda təhsil alması məsələsi daha da qabardılacaq. Amma Belarusun Zasla bərabər daha iki namizədi var. Bir sözlə, bu məsələyə 6 dekabrda Sankt-Peterburq görüşündə aydınlıq gətiriləcək.
İndi əsas məqam ondan ibarətdir ki, Ermənistan atdığı addımlarla həm Rusiyanın hərbi imicinə, həm də KTMT-nin dünyadakı nüfuzuna böyük zərbə vurub. Bu faktdır. Yəni əgər hətta 2008-ci ildə Xaçaturov və Arutyunyan Köçəryanla birlikdə bu seçkilərdə mitinq iştirakçılarına qarşı hər hansı silah və digər vasitələrdən istifadə edibsə, təyinata qədər niyə bu yoxlanılmırdı?! Əgər bu cinayətkar idisə, hər hansı nüfuzdan salan materialları olan biri idisə, KTMT-də rəhbər vəzifəyə necə gətirilib?! Burada əsas cavabdehliyi "Rusiyanın NATO-su” adlandırılan KTMT daşıyır. Bu, Rusiyanın nüfuzuna vurulan ən böyük zərbədir. Buna görə də Ermənistanın hansı bəyanatlarla çıxış etməsindən asılı olmayaraq, İrəvan üçün daha böyük problemlər yarana bilər. Yəni Ermənistanın ümumiyyətlə, KTMT-nin üzvü kimi qalıb-qalmaması ilə bağlı məsələ gündəmə gələ bilər, lakin burada da müəyyən problemlər ortaya çıxacaq.
Doğrudur, Ermənistanın KTMT-ni tam şəkildə tərk edəcəyi inandırıcı görünmür. Çünki 102 saylı briqada, Erebunidəki eskadrilya orada olduğu müddət ərzində bu mümkün deyil. İkinci məqam isə NATO ilə Rusiyanın, daha dəqiq desək, Türkiyə-Ermənistan sərhədidir. Üçüncü problem Dağlıq Qarabağ münaqişəsiylə bağlıdır. Hazırda regional aktorların da marağında olan burada hər hansı müharibə ocağının yaranmamasıdır".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət