
Ermənistan üçün soyuq duş...
08:56 11.04.2019
Arxiv
612
Azərbaycanın İsrail və Səudiyyə ilə hərbi əməkdaşlığı düşməni qorxuya salıb
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında hərbi sahədə əməkdaşlıq sazişi imzalanıb. Hər iki ölkənin Baş Qərargah rəislərinin görüşündə ölkələrimizin orduları arasında əlaqələrin inkişaf perspektivləri, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Generallar hərbi sahədə qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək niyyətində olduqlarını bəyan ediblər.
Sazişin önəmini "Şərq”ə vurğulayan Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi-texniki əməkdaşlıq barədə müqavilənin bağlanması ölkəmizin müdafiə qabiliyyətinin yüklənməsinə və müasir ABŞ silahlarına çıxışın əldə olunmasına səbəb olacaq. Politoloqun fikrincə, Səudiyyə Ərəbistanı ABŞ tərəfindən son model silahlarla təchiz olunur. Bundan sonra 300 milyard dollar məbləğində silah alışı reallaşacaq:

"Bu, o deməkdir ki, Yaxın Şərqdə güclü və müasir silah arsenalı İsraildən sonra Səudiyyə Ərəbistanınındır. Ölkəmizin həm İsraillə, həm də Səudiyyə ilə hərbi əməkdaşlığı Ermənistanda soyuq duş effekti yaradıb. Lakin rəsmi İrəvanın İsraillə ölkəmiz arasında əlaqələri pozmaq cəhdləri heç bir nəticə vermir. Səudiyyə Ərəbistanına gəldikdə isə Ər-Riyad Ermənistanla heç bir diplomatik əlaqələrə malik deyil. Azərbaycan üçün ən önəmli məsələ Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlığı inkişaf etdirmək və bu kimi silahların ölkəmizə satışını, həmçinin müharibə olduğu təqdirdə silah yardımını həyata keçirməkdir. Bu gün Azərbaycan Türkiyə və Pakistan tərəfindən hərbi cəhətdən dəstəklənir. Artıq bu siyahıya Səudiyyə də daxil oldu. Deməli, Azərbaycanın üç müsəlman dövləti ilə müttəfiqliyi var. Fikrimcə, bu üç ölkə ilə müttəfiqliyimizi rəsmiləşdirməliyik”.
Analitikin sözlərinə görə, Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın əməkdaşlıq formatının yaranması labüddür:
"Pakistanla Səudiyyə Ərəbistanı arasında sıx əməkdaşlıq formatı var. Türkiyə ilə də bu əməkdaşlıq yüksək səviyyədədir. Türkiyə və Səudiyyə Ərəbistanı arasında müəyyən qədər anlaşmazlıq olsa da, hesab edirəm ki, Azərbaycana münasibətdə iki ölkə əməkdaşlıq etməyə hazırdır. Azərbaycanın üç ölkə ilə hərbi əməkdaşlığı Rusiyadan silah alışı aslılığına da son qoya bilər. Bu əməkdaşlıq ABŞ tərəfindən heç bir maneə ilə üzləşməyəcək. Əksinə, dəstək veriləcək. Ermənistan isə yalnız Rusiyadan asılı olmaqla ABŞ tərəfindən təzyiqlərlə üzləşmək riskinə malikdir”.
Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın üç güclü müsəlman ölkəsi ilə hərbi-texniki əməkdaşlığı Azərbaycanın regional mövqeyinin güclənməsinə və işğal olunmuş ərazilərin azad olunması istiqamətində hərbi fəaliyyətini yeni mərhələyə keçirir:
"Regionda ciddi geosiyasi rəqabət gedir. Ölkəmizə qarşı təzyiqləri neytrallaşdırmaq üçün belə bir əməkdaşlıq mütləqdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm