Ermənistana “can verən” müsəlman ölkələri də var
19:57 20.09.2017
Arxiv
997
“Azərbaycan belə müraciətlər etməklə həm də özünü dünya müsəlmanlarının “cəfakeşi” rolunda görənləri fakt qarşısında qoyur”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının iclasında çıxış edib. Nazir quruma üzv dövlətlərə çağırış ünvanlayıb. E.Məmmədyarov islam ölkələrini Ermənistanı hər hansı silah və hərbi avadanlıqla təchiz etməkdən çəkinməyə və öz ərazilərindən tranzit məqsədi ilə istifadə edilməsinə imkan verməməyə çağırıb:
"Ermənistanın təcavüzünə son qoymaq üçün lazımi siyasi və iqtisadi tədbirlər həyata keçirilməlidir. İqtisadi fəaliyyət və Ermənistana investisiya qoyulmasından çəkinməklə yanaşı, Ermənistanla ümumi əməkdaşlıq da məhdudlaşdırılmalıdır”.
Nazirin çağırışını "Şərq”ə dəyərləndirən siyasi şərhçi Sədrəddin Soltan bunun yeni məsələ olmadığını deyib. Ekspert vurğulayıb ki, əvvəllər də İslam Əməkdaşlıq Təşkilatında və müsəlman dövlətlərinin rəsmiləri ilə görüşlərdə oxşar məsələ qaldırılıb:
"Ötən müddət ərzində bu cür çağırışların faydası olmayıb. Ermənistanla əməkdaşlıq edən müsəlman dövlətlər bu istiqamətdə fəaliyyətlərini davam etdiriblər. Məsələn, götürək İran və Türkmənistanı. Bu iki ölkə Azərbaycandan daha çox Ermənistana yaxındır. Bir müddət əvvəl Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Bakıya səfər etmişdi. Səfərdən təxminən iki həftə sonra isə İrəvana getdi. Səfər çərçivəsində Ermənistanla Türkmənistan arasında əməkdaşlığa dair 10-a yaxın sənəd imzalandı. Onsuz da Ermənistan mövcudluğuna görə, İrandakı hakimiyyətə borcludur. Livanda Hizbullah lideri Həsən Nəsrullah müsəlman təəssübkeşliyindən danışır, ancaq indiyədək Ermənistanla ölkəsinin hərtərəfli əməkdaşlığına mane olacaq heç bir addım atmayıb.
Əksinə, bir sıra hallarda erməniləri müdafiə edib. Bu siyahıya başqalarını da əlavə etmək mümkündür. Ona görə bu cür çağırışların fayda verəcəyi az inandırıcıdır. Ancaq Azərbaycan tərəfi belə müraciətlər etməklə həm də özünü dünya müsəlmanlarının "cəfakeşi” rolunda görənləri fakt qarşısında qoyur”.
Politoloq bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü, ədalətli mövqeyini müdafiə edən müsəlman dövlətlər bu çağırış olmadan da öz işlərini görürlər:
"Ermənistanla əməkdaşlıq edən, düşmən ölkəyə təzyiq göstərməyən müsəlman dövlətlər Cənubi Qafqaz bölgəsində təhlükəsizliyin təmin olunmasını əngəlləyirlər. Bu perspektivdə həm də onların təhlükəsizliyinin təhdid edilməsidir. Odur ki, Azərbaycanın ədalətli mövqeyinin müdafiə olunması, Ermənistanla əməkdaşlığın dayandırılması müsəlman ölkələrinin təhlükəsizliyinə xidmət etmək də deməkdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol