"...Ermənistana maliyyə yardımının dayandırılması barədə Kremldən göstəriş verilib" - Şərh
12:03 30.01.2019
Arxiv
504
"Rusiyanın xarici işlər nazirinin muavini, MDB üzrə siyasətin ağır artilleriyası olan Karasinin Ermənistana səfəri gözlənilir. Ermənistan Rusiya əlaqələrinin gərginləşməsi fonunda bu səfər rəsmi İrəvana təzyiqlərin başlanğıcından xəbər verir”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Karasin Paşinyanın xarici siyasətini tədqiq etməyə, həmçinin Kremlin təhdid dolu mesajını çatdırmağa gəlir:
"Ötən həftə Putinin Moskvada Paşinyanı qəbul etməməsi təzyiq mesajı olmaqla yanaşı, bir növ onunla danışmağın heç bir məna kəsb etmədiyindən xəbər verir. Moskva görüşü yalnız Paşinyan üçün görüntü olaraq lazım idi. Ancaq Putin bu fürsəti ona tanımadı. Artıq Rusiyada erməni lobbisinə, maliyyə mərkəzlərinə Ermənistana maliyyə yardımın dayandırılması barədə Kremldən göstəriş verilib. Bu da Ermənistanda sosial vəziyyəti ağırlaşdırmaqla yanaşı, Rusiyada ermənilərin təzyiqi deməkdir. Moskva bununla Ermənistanın yeni rəhbərliyi ilə haqq-hesab çəkməyə başlayır. Qazın qiymətinin qaldırması da bunun bariz göstəricisidir. Rusiya XİN muavini Karasin emosional və açıq şəkildə təhdidedici ritorikaya malikdir. Məhz Moskva Karasini vəzifələndirməklə Paşinyanı açıq şəkildə başa salmağı göndərir. Paşinyan Rusiya-Ermənistan əlaqələrinin inkişafını durdurub. Bundan əlavə Qarabağdakı separatçıların Paşinyana qarşı sərt mesajlarının arxasında Moskvanın dayanmasıda istisna edilməməlidir”.
Analitik bildirib ki, Karasinin İrəvanda aparacağı danışıqlarda Robert Koçaryanın həbsdən azad olunmasını tələb edəcək:
"İkincisi isə Paşinyanın xarici siyasət kursunda anti-Rusiya meyillənməsini Ermənistan üçün təhlükəsizlik məsələsini qeyd edəcək. Həmçinin, "Qarabağ klanı”na qarşı siyasi təqibi dayandırmağı istəyəcək. Çünki Moskvanın siyasi dayağı olan "Qarabağ klanı”nın siyasi səhnədən getməsi Paşinyanın əl-qolunu açır. Amma Moskvanın bu ölkədə siyasi dayaqlarını zəiflədir. Ermənistanda elə bir situasiya yetişdi ki Rusiya öz forpostunu itirmək mərhələsindədir. Sorosun uşaqları, Kremlin uşaqlarını sıradan çıxarır. Karasinin əsas müzakirə predmeti də Qarabağ məsələsi olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya