Ermənistana sığınan adam xəstədir
21:19 13.02.2017
Arxiv
711
“Guya o, başqa yerə getsəydi, sığınacaq alıb yaşaya bilməzdi? Bu, Azərbaycanı sevməyən, Ələkrəm Hümbətov kimilərin bir oyunudur”
Talış Mədəniyyət Mərkəzinin üzvü Şahin Mirzəyev Ermənistandan "müvəqqəti sığınacaq” alıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, "Tolişi Sədo” qəzetinin jurnalisti və "Talış azadlıq hərəkatı”nın üzvü Azərbaycanda guya "etnik təqiblərə məruz qaldığı”nı əsas gətirərək ölkəni tərk etməyə "məcbur olub”.
Həmçinin bildirilib ki, o, Azərbaycanı ailəsi ilə birlikdə tərk edib. Əslində Şahin Mirzəyev adlı şəxs əsl separatçı olduğunu özü də dəfələrlə etiraf edib.
Zaman-zaman onun fəallığının arxasında qara niyyətin durması ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. Ş.Mirzəyev vətəndaşlıqdan çıxarılan təxribatçı Ələkrəm Hümbətovun yaxın adamı kimi tanınır. Onun düşmən və ac bir dövlətdən sığınacaq istəməsi ölkə ictimaiyyətində, xüsusən sosial şəbəkələrdə ciddi tənqid olunub. Separatçının bu addımından sonra ailəsi də ondan imtina edib. Atası, 92 yaşlı Sayil Mirzəyev oğlu ilə uzun müddətdir əlaqə saxlamadığını söyləyib: "6 aydan çox olar ki, onunla bütün əlaqələri kəsmişəm. Xəstəlik adı ilə Gürcüstana getdiyini bilirdim.
Mən 65 il müəllim işləmişəm, Azərbaycan dövlətinə bağlı insanam. Biz Azərbaycanın çörəyi ilə böyümüşük. Mənim tələbələrim, şagirdlərim, akademiyalarda, universitetlərdə çalışırlar. Biz Azərbaycan dövlətini dəstəkləyir və ölkəmizlə qürur duyuruq. Mən onun tutduğu yola nifrət edirəm. Bu səbəbdən Şahin Mirzəyevdən imtina etmişəm. Bunu özü də bilir. O, ailəsinə, dövlətinə qarşı nankorluq edib. Heç vaxt onu bağışlamayacağam. Biz hamımız azərbaycanlıyıq, ölkəmizdə firavan, heç bir problem olmadan yaşayırıq. Dövlətimizdən narazılığımız yoxdur, ola da bilməz. Mən Azərbaycandakı inkişafı, problemlərin həll edilməsini öz gözlərimlə görürəm. Ölkəmiz inkişaf edir, günü-gündən çiçəklənir”.
Məsələ ilə bağlı mətbuata fikirlərini bölüşən millət vəkili Hadi Rəcəbli dövlət siyasətinə hər zaman sadiq olduğunu bəyan edib: "Mən Heydər Əliyev siyasətinə sədaqətli insanam. İlham Əliyevin yanında olan adamam. Bu siyasi xəttin əleyhinə gedən hər bir adam düşmənimdir. Çox təəssüf ki, bu cür fəaliyyət göstərən saytlar, feysbuk səhifələri də var. Onların hər biri mənim nifrət obyektimdilər. Torpağını, vətənini satan adamlar isə bir nömrəli düşmənlərimizdir”.
"Modern.az” saytının baş redaktoru, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, Azərbaycanda milli azlıqlarla bağlı heç bir problem yoxdur:
"Hətta dünyanın ən böyük ölkəsində milli azlıqlara yanaşma, Azərbaycandakı yanaşma ilə müqayisə olunmur. Düşünürəm ki, damarında azərbaycanlı qanı axan heç kim belə addım atmazdı”.
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu bəyan edib ki, bu hadisə Azərbaycanı sevməyənlərin oyunudur:
"Bəzən deyirlər ki, heç bir millət tam pis və ya yaxşı ola bilməz. Ancaq bu, ermənilərə aid deyil. Bu millət bütövlükdə xəstə toplumdur. Ermənistana sığınan adama gəlincə, bu hadisə ləkədir. Bilirsizmi ki, Qarabağ savaşında nə qədər talış şəhid olub? Təkcə talış deyil, ləzgi və digər millətin oğulları da Azərbaycanın bütövlüyü uğrunda şəhid olublar. Kimliyindən asılı olmayaraq, düşməndən imdad diləmək yaraşmayan bir hərəkətdir. Belə başa düşürəm ki, erməniyə sığınan adam da xəstədir. Guya o, başqa yerə getsəydi, sığınacaq alıb yaşaya bilməzdi? Bu, Azərbaycanı sevməyən, Ələkrəm Hümbətov kimilərin bir oyunudur”.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay da vurğulayıb ki, bu gediş Ermənistan xüsusi xidmət orqanlarının Ş.Mirzəyev üzərində qurduğu siyasi təbliğat xarakterli ucuz və yararsız bir şoudur:
"Məqsəd xaricdən idarə olunan oyuncaq Ermənistan hakimiyyətindən və şəraitsiz ölkədəki yaşayışdan bezib Azərbaycana nicat gətirən erməni axınının azacıq da olsa qarşısını almaqdır. Belə primitiv, qurama "əməliyyat” tamamilə effektsizdir, heç bir ictimai təsirə malik deyil. Çünki onların "qarmağa” saldıqları normal, vicdanlı Azərbaycan vətəndaşı deyil. Uzun müddət ölkədə separatçılıq, təxribatçılıq fəaliyyəti ilə məşğul olan birisidir. İkincisi isə talış xalqı Azərbaycanda tarixən hər zaman şərəfli vətən təəssübü mövqeyini tutublar. Bu zəhmətkeş və qabiliyyətli milli toplumun nümayəndələri
ehtiyac yarandığı halda inkişaf etmiş ölkələrə yollanıblar. Nəinki xaraba qalmış, ələbaxan və yerli ermənilərin də qaçıb tərk etdiyi ac bir ölkəyə”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil
Qayınanası Pünhana 1 kilo yarım qızıl taxdı - VİDEO
15:42 02.10.2026
Şou
“1 milyon 100 min vətəndaşın pensiyası artacaq” - Vüqar Bayramov
15:33 02.10.2026
Sosial
İnsanlar mağazaya daxil olanda daha ucuz mala qaçır - SƏBƏB?
15:17 02.10.2026
İqtisadiyyat