Ermənistanda növbəti etiraz dalğası...
16:11 02.04.2019
Arxiv
577
Ermənistanda Yerevan-Armavir marşrut xəttinin sürücüləri tətilə başlayıblar.
"Sherg.az" AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Sahibkar Şuşan Xaçatryan Paşinyanın bir il əvvəl seçki ərəfəsində Armavirdə səfərdə olarkən vəd etdiyi heç bir problemi aradan qaldırmadığını bildirib. O, baş nazirin sözünə inanaraq bankdan 250 min dollar vəsait götürüb və yeni mikroavtobuslar alıb.
"Mən 30 ildən çoxdur bu sahə ilə məşğulam. Ölkədə hazırda özbaşınalıq, qanunsuzluq mühiti hökm sürür. 1992-ci ildən Armavir-Yerevan xəttinin qanuni sahibi mən ola-ola müəyyən qurumlar mənim işimə süni maneələr, əngəllər yaradaraq işləməyə imkan vermirlər. Səbəb nədir bilmirəm. Əvəzində qanunsuz olaraq dövlətə heç bir vergi vermədən başqa marşrutlar bizim xəttə girərək sərnişinlərə xidmət edir.
Gedin avtovağzala çəkilişlər aparın və görün orada nə özbaşınalıqlar baş verir. Banklardan yüksək faizlə pul alaraq istifadəyə verdiyim yeni marşrutlarım qalıb bir kənarda, köhnə-yararsız, şəxsi dövlət nömrələri ilə digər marşrutlar sərbəst şəkildə bizim üçün ayrılan zolaqdan sərnişinləri yığırlar”, - deyə narazı sahibkar vurğulayıb. Tətil elan edən sürücülər düz 7 aydır bu haqsızlıqlara qarşı mübarizə apardıqlarını bildirirlər.
Alaverdidə isə dəmiryolçular tətilə başlayıblar. Bildirilir ki, Ermənistan iqtisadiyyatında hökm sürən böhranlı vəziyyət dəmir yolu sisteminə də öz təsirini göstərib. Ölkədə stansiyaların bərbad vəziyyətdə olması bir çoxlarının bağlanmasına səbəb olub. Sərnişin çatışmazlığı ucbatından biletlərin qiyməti aşağı salınıb. Bununla da vəziyyət düzəlməyib. D
əmir yolu sisteminə daxil olan stansiyalardan bir neçəsinin fəaliyyəti dayandırılıb. İşçilərin əməkhaqqları isə aylarla gecikdirilir. Tətil elan edən dəmiryolçular problem həllini tapana qədər işə çıxmayacaqlarını bildirirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi