Ermənistanda partlayış: ölənlər var




Ermənistanın Kotayk vilayətinin Lernanist kəndində ərzaq dükanının dağılıb uçması nəticəsində azı 2 nəfər ölüb.

"Report” xəbər verir ki, bunu kəndin icra nümayəndəsi Artyom Ayrapetyan bildirib.

Onun sözlərinə görə, dağıntı altında qalanların xilas edilməsi istiqamətində əməliyyat aparılır.

Məlumata görə, dağıntının baş verməsinə səbəb kimi partlayış göstərilib.