Ermənistanda restoran sahibləri yeni vergi sistemindən narazıdır
10:28 18.01.2019
Arxiv
360
Ermənistan Restoranlar Birliyinin üzvləri vergi məsələsində Ermənistanın baş naziri Nikol Paşinyanla razılığa gələ bilməyiblər. Trend-in məlumatına görə, bunu Birliyin sədri Aşot Barseqyan bildirib.
A.Barseqyan uzun müzakirələr apardıqlarını və 2018-ci ildə qüvvəyə minən vergi dərəcələrinin saxlanmasının zəruriliyi məsələsində həmrəy olduqlarını bildirib:
"Lakin gələcək artım və müddətlə bağlı razılığa gəlməmişik, çünki bundan sonra nə olacağını bilmirik. Yeni vergi qoyma yolları haqqında qərar qüvvədə saxlansa, restoran xidmətlərinə görə qiymətlər mütləq qalxacaq. Bunu uzun illər ərzində həyata keçirmək lazımdır ki, hər kəs uyğunlaşa bilsin, qiymət artımında problem yaranmasın. Bizim qənaətimizcə, hökumət şok dəyişikliyə əl atıb. Vergini birdən-birə belə artırmaq olmaz, yükümüz ağırlaşıb. Bunu tədricən etmək lazım idi".
Qeyd edək ki, son vaxtlar restoran sahibləri dövriyyədən tutulan verginin qaldırılmasından şikayət edirlər. Ermənistanda 2018-ci il iyulun 1-dən kv.m-ə görə vergi dövriyyədən 6 faizlik vergi ilə əvəz olundu. Cari il yanvarın 1-dən isə vergi dərəcəsi 8 faiz təşkil edir. 2020-ci ildə vergi dərəcəsinin daha 2 faiz artırılması nəzərdə tutulur. Xidmət sahəsində fəaliyyət göstərən təqribən 200 şirkət bu vergi sisteminin əleyhinədir və dərəcənin dəyişməz, yəni 6 faiz səviyyəsində saxlanmasını tələb edir.
Xatırladaq ki, ötən il noyabrın sonlarında Ermənistan Restoranlar Birliyinə daxil olan ictimai iaşə müəssisələri etiraz əlaməti olaraq qapılarını müştərilərinin üzünə bağlamağa hazır olduqlarını bəyan etmişdilər. Birliyin bəyanatında deyilirdi ki, restoran rəhbərləri uzun müddətdir N.Paşinyana, Gəlirlər üzrə Komitəyə yazaraq onları çətin vəziyyətə salan və qiymətlərin artmasına səbəb olan yeni vergitutma növündən narazılıqlarını bildirsələr də, onların müraciətinə cavab verilməyib.
Noyabrın 24-də N.Paşinyana növbəti məktub ünvanlanıb. Restoran nümayəndələri qərar qəbul ediblər ki, ilkin xəbərdarlıq qismində bir gün ərzində yeni vergi sisteminə etiraz olaraq heç bir xidmət göstərməyəcəklər. Qeyd olunurdu ki, belə bir addımın səbəbi müvafiq dövlət qurumlarının - Gəlirlər üzrə Komitənin və Maliyyə Nazirliyinin fəaliyyətsizliyidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın çağırışına Putinin cavabı: Dərhal azad etdi!
15:03 21.10.2026
Dünya
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə