Ermənistanda "Su-25" qırıcısı itib




Ermənistanda "Su-25" qırıcı təyyarəsi itib.

Trend-in məlumatına görə, faktı Ermənistan Müdafiə Nazirliyi təsdiq edib. Təqribən saat 10:20-də Hərbi Hava Qüvvələrinə məxsus "Su-25" plan uçuşu həyata keçirərkən pilotla əlaqə itib.

Təyyarə saat 10:06-da Gümrü aeroportundan havaya qalxıb. Axtarış işləri davam etdirilir.