"Paşinyan deyir ki, "kompramisə Azərbaycan tərəfi getməlidir və yalnız ondan sonra İrəvandan hansısa güzəşt gözləmək mümkündür”. Erməni baş nazir anlamır ki, Azərbaycan işğala məruz qalmış ölkə kimi onsuz da uzun illərdir Ermənistan hökumətinə ən böyük kompramisi etməkdədir. Hakimiyyətə gəldikdən sonra Paşinyana verilən vaxt da məhz bu güzəştin tərkib hissəsidir. Rəsmi Bakı istəyir ki, İrəvan hökuməti Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe tutsun. Ancaq təəssüflər olsun ki, ötən müddət ərzində bunun şahidi olmamışıq”.
"Ermənistandakı hadisələr Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnəcək" - Şərh
11:39 04.02.2019
Arxiv
746
"Paşinyanın Almaniyada səsləndirdiyi sərsəm bəyanat Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa irəliləyişə gətirib çıxara bilməz”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Analitik bildirib ki, xarici işlər nazirlərinin axırıncı görüşlərindən sonra nəticələrlə bağlı verilən müəyyən nikbin çıxışlardan, eyni zamanda Prezident İlham Əliyevin Davosda Ermənistan baş naziri Nikol Paşinyanla görüşündən sonra erməni tərəfinin təxribatçı açıqlaması intensivləşən prosesə ciddi zərbə vurur:
"Paşinyan deyir ki, "kompramisə Azərbaycan tərəfi getməlidir və yalnız ondan sonra İrəvandan hansısa güzəşt gözləmək mümkündür”. Erməni baş nazir anlamır ki, Azərbaycan işğala məruz qalmış ölkə kimi onsuz da uzun illərdir Ermənistan hökumətinə ən böyük kompramisi etməkdədir. Hakimiyyətə gəldikdən sonra Paşinyana verilən vaxt da məhz bu güzəştin tərkib hissəsidir. Rəsmi Bakı istəyir ki, İrəvan hökuməti Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe tutsun. Ancaq təəssüflər olsun ki, ötən müddət ərzində bunun şahidi olmamışıq”.Siyasi şərhçinin sözlərinə görə, Paşinyan xaricdəki dairələrin təzyiqi ilə yanaşı, erməni lobbisinin və "Qarabağ klanı”nın da ciddi basqısına məruz qalmaqdadır:
"Ona görə də zaman-zaman ritorikasını sərtləşdirmək məcburiyyətində qalır. Reallıq isə odur ki, ümumilikdə proseslər Azərbaycanın xeyrinə cərəyan edir. Həm ölkə daxilində, həm də xaricdə yaşananlar baş nazirin xeyrinə işləmir. Vəziyyət belə davam edərsə, Ermənistandakı hadisələr Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnəcək. Münaqişənin hansı yolla həll edilməsindən asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə bərpa edilməlidir.
Artıq beynəlxalq hüquq da bunu tələb edir. Son zamanlar bir çox Qərb ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə ciddi dəstək verilməkdədir ki, bu da Ermənistana sərt sillədir. Əfsuslar olsun ki, Paşinyan hökuməti prosesdən nəticə çıxarmaq əvəzinə özünü daha da çıxılmaz vəziyyətə salır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region
Rumıniyada məktəbdə bıçaqlı hücum olub, yaralılar var
19:29 19.10.2026
Dünya