Ermənistandakı Rusiya hərbi bazasının statusuna yenidən baxıla bilər
07:05 23.07.2018
Arxiv
734
"Heç bir qanun daşdan deyil. Ermənistandakı 102-ci hərbi bazanın statusuna yenidən baxıla bilər. Təlim adı altında baş verən son hadisələr, bizim xəbərimiz olmadan tankların və ağır texnikaların Gümrüdəki kəndlərə yeridilməsi Ermənistan cəmiyyətində ciddi narahatlıq doğurub”.
Lent.az news.am-a istinadən bildirir ki, bunu Ermənistanın müdafiə naziri David Tanoyan deyib. Tanoyanın sözlərinə görə, hökümət Rusiyanın 102-ci bazasının statusu ilə bağlı müqavilənin müddəalarına yenidən baxacaq:
"Son hadisələr göstərdi ki, Rusiya ilə bağlanmış hərbi müqavilənin 102-ci baza ilə bağlı hissəsində ciddi boşluqlar var. Onlar aradan qaldırılmalıdır. Boşluqlar problemlərin yaranmasına səbəb olur. Son hadisələrdə Gümrü sakinlərinin panikaya düşməsi bu barədə düşünməyimizə əsas verir. Baş verənlərlə bağlı artıq xüsusi istintaq qrupu da yaratmışıq. Rusiya Müdafiə Nazirliyi də bu barədə araşdırmalara başlayıb. Qarşı tərəf də nəticələr barədə bizə məlumatlar verəcək”.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Rusiyanın Ermənistandakı 102-c hərbi bazasının komandanlığı təlim proqramı adı altında ətraf kəndlərə ağır texnika yeridib. Kəndlərdə atəş səsləri eşidilib. Bu isə əhalinin təşvişinə səbəb olub. Rusiya tərəfi isə baş verənlərlə bağlı Ermənistanın hərbi dairələrini məlumatlandırdığını bəyan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət